Bizimlə həyatınız həmişə işıqlı olacaq!

H.B.Zərdabi mükafatının bölgə mətbuatından bu dəfəki qalibi – Yeganə Nəbiyeva

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu sözləri Azərbaycan Milli Mətbuatı və Jurnalistika günü münasbətilə iyunun 21-də “Xalq Qəzeti”nin konfrans zalında “Həsən bəy Zərdabi” mükafatını “Mingəçevir işıqları” qəzetinin əməkdaşı Yeganə  Nəbiyevaya təqdim edərkən  belə deyib.   Azərbaycan mətbuatının 140 illik tarixinə qısa nəzər salan AJB sədri vurğulayıb ki, hər kəs Zərdabi, Üzeyir bəy ola bilməz, amma onların yolunu davam etdirməklə cəmiyyətə faydalı şəxsə çevrilə bilər: “Biz birimizin qədrini bilək, bir birimizin üzünə dik baxaq”.

E.Şıxlı bu yubiley ilində Zərdabi mükafatı alanların əksəriyyətinin qadınlar olduğuna da diqqəti yönəldib: “Bu il xanımlarımız kişiləri üstələyiblər. Xanımlarımız təkcə evimizin dirəyi, ocağı deyil, həm də söz sahibidirlər”.

Bundan sonra mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalistə 2015-ci il üçün Həsən bəy Zərdabi mükafatı təqdim olunub. Aynur Kərimli (BDU, jurnalistika fakültəsi) jurnalistikanın tədrisindəki uğurlarına və elmi nailiyyətlərinə; Rövşanə Asəfqızı (ANS TV) “Bazar səhəri” proqramına; Mənzərə Sadıqova (publisist) “YaşaM” fəlsəfi – publisistik kitabına; Rafiq Hacıyev (AJB üzvü) hüquq – ədliyyə və kriminalistika sahəsində silsilə məqalələrinə; Məhsim Məhsimov (Region TV Xaçmaz) bölgə televiziyasının inkişafına verdiyi dəstəyə; Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyi) ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasında uğurlarına; Vüsalə Məmmədova (Lent.az) publisistik; Yeganə Nəbiyeva  (“Mingəçevir işıqları” qəzeti) region mətbuatının inkişafında fəallığına; Sevda Sultanova (Kulis.az) isə mədəniyyət sahəsində yazılarına görə H.B. Zərdabi mükafatı alıblar.

Mükafatçılar sırasında həmçinin, tarixi mövzularda jurnalist təhqiqatları ilə tanınan Aida Eyvazlı (Kulturaplus.az); uşaq mətbuatının inkişafında xidmətləri olan “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova; “Azadlıq” qəzetinin köşə yazarı Səadət Cahangir; operativ reportajları maraqla izlənilən “Turan” İnformasiya Agentliyinin əməkdaşı Tapdıq Fərhadoğlu;  ölkənin ictimai – siyasi həyatından bəhs edən yazılarına görə “Ekspress” qəzetinin əməkdaşı Qalib Məmmədli və  regionların sosial – iqtisadi inkişafına həsr edilən yazılarına görə “Xalq qəzeti”nin əməkdaşı  Əli Nəcəfxanlı da vardır.

Həmkarlarımızı təbrik edirik.

Şərhlər bağlıdır.