Gülnar XII Beynəlxalq Türk Dili Olimpiadasına qatılaçaq
Mart ayının 4- də Heydər Əliyev Sarayında “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin və XII Beynəlxalq Türk Dili Olimpiadasının Azərbaycan mərhələsinin mükafatlandırma mərasimi keçirilib. Mərasim ölkəmizin Təhsil Nazirliyi, Milli Elmər Akademiyası, Azərbaycan Beynəlxalq Təhsil və Anadolu Dil Kültür mərkəzlərinin təşkilati dəstəyi ilə baş tutub. Orta ümumtəhsil məktəblərinin 7-11 ci sinif şagirdlərinin qatıldıqları tədbirin şeir kateqoriyasında Mingəçevirin 1 saylı tam orta məktəbinin 8-ci sinif şagirdi Gülnar Tağıyeva 1-ci yerə- qızıl medala layiq görülüb. Ona kompüter dəsti də hədiyyə olunub.
Gülnarın lap uşaqlıqdan şeirə həvəsi var. İlk dəfə anaya, vətənə aid şeirlər öyrənib. Bu maraq onu Mingəçevirdəki Uşaq Yaradıcılıq mərkəzinə gətirib. Artıq 3 ildir ki, Gülnar bu mərkəzin dram dərnəyinin üzvüdür. Yeri gəlmişkən, mərkəzdən də bu qıza fəxri fərman və hədiyyə verilib.
“Mən yarışmaya qatılanda çox həyəcanlı idim. Yer tuta biləcəyimə əmin deyildim çünki birinci dəfə sarayda çıxış edirdim. Var qüvvəmlə M.Dilbazinin “Azərbaycan” şerini söylədim. Gözlərim doldu, həm də titrəyirdim. Bu yarışma mənim həyatıma yeni dostlar da gətirdi. Mayanmadan, Mozambikdən olan Şakira və Cusi məni təbrik etdilər. Biz dost olduq. Onların türk dilində səlist danışmalarına çox heyran oldum”.
Gülnarın dərnək rəhbəri Ülviyyə Kərimova da sevincini bizimlə bölüşdü: “Mən Gülnarın istedadlı qız olduğunu bilirdim və ona böyük ümidlər bəsləyirdim. Biz birlikdə çalışdıq, bir neçə şeiri nəzərdən keçirdik. “Azərbaycan” şeirini qızımız çox sevdi. Onu elə həvəslə söyləyirdi ki… Əgər şeiri ürəkdən istəmədinsə, onu söyləmək olmur. Əgər şeiri söyləyərkən hisslərini, duyğularını yaşamasan, onu tamaşaçıya çatdıra bilməzsən”.
Gülnar iyun ayında Türkiyədə keçiriləcək XII Beynəlxalq Türk Dili Olimpiadasına qatılaçaq.
Şərhlər bağlıdır.