Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyun İşıqlar kəndinə avtobus gəlmir

124

Kənd sakinləri həm iş, həm alış-veriş, həm təhsil üçün digər ərazilərə, məsələn Əhmədabad kəndinə,  Dəliməmmədli şəhərinə üz tuturlar. Hər gün uzun yolu piyada qət etmək həm vaxt alır, həm də isti havalarda əziyyət yaradır. Bu kəndə marşrut avtobus heç vaxt işləməyib. Olub ki, qonşu Əhmədabad kəndinin avtobusu bəzən marşrutundan kənara çıxaraq əlavə sərnişinlərə görə İşıqlara da gəlib. Amma soyuq aylarda, yağıntılı havalarda yolların torpaq olmasından bu kəndə marşrutların hərlənməsi heç  mümkün olmayıb.  Əhmədabad kəndinə işəyən marşrut avtobusarının Əzizbəyli və 1 May kəndlərindən olan sürücüləri deyirlər ki, bu kəndə məsafə uzaqdır, yanacaq cəhətdən sərf etmir, həm də yolları bərbaddır.

Kənd sakinləri bildridilər ki, dəfələrlə yerli bələdiyyəyə  müraciət  etsələr də  problemin həlli tapılmayıb.

Şərhlər bağlıdır.