Hadisə

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qazançı kənd sakini Saqif Atayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə,  polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker