Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda nənə və nəvə qazdan zəhərlənib

66

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.

1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub.

Şərhlər bağlıdır.