Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“XIII post” filminin çəkilişləri davam edir

233

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “XIII post” layihəsinə start verib. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi bugünkü gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Vətənə bağlılığının gücləndirilməsi ilə bərabər bundan gələcək nəsillərin də faydalanmasına şərait yaratmaqdır. Layihə çərçivəsində gənclərdə milli-mənlik şüurunun formalaşdırılması, onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi, gənclərlə yanaşı digər yaş qruplarından olan şəxslərin də layihənin nəticələrindən faydalanması qarşıya qoyulan başlıca vəzifələrdəndir.

Layihə çərçivəsində eyniadlı bədii film çəkiləcək, sosial şəbəkələr və internet portalları üzərindən insanlara, əsasən də gənclərə çatdırılacaq. Hazırda filmin çəkilişləri davam edir.

Şərhlər bağlıdır.