Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

Goranboy rayonunda yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Zeyvə yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeyvə kənd sakini Rzayev Şahlar Şahmar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.