Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Füzulidən olan şəhid övladları İsmayıllı və Qəbələ rayonlarına səfərdə

Səfər iştirakçıları İsmayıllı rayonunun “Şəhidlər Xiyabanı”nı da ziyarət ediblər 

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə  “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində  Beyləqan və Füzuli rayonlarında şəhid ailələrinin və  qazı övladlarının cəmiyyətə inteqrasiyasını sürətləndirən müxtəlif  inkişafetdirici  və  bayram  tədbirləri gerçəkləşdirilib. 28 mayda isə Füzuli rayonundan olan şəhid övladlarının tarixi və turizm bölgələri olan İsmayıllı və Qəbələ rayonlarına  səfərləri təşkil olunub.

Bu barədə İctimai Birliyin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsinə  uşaqlarla təbiət gəzintisi,  müxtəlif əyləncəli oyunlar təşkil olunub. Eyni zamanda  səfər iştirakçıları İsmayıllı rayonunun “Şəhidlər Xiyabanı”nı da ziyarət ediblər

Şərhlər bağlıdır.