Daha bir məhəlləyə yardım edilib
Mingəçevir Bələdiyyəsi kömək üçün müraciət edən daha bir məhəllə sakinlərini sevindirib. Təbriz küçəsinəki 3 saylı binanın yaşayışçıları binanın qarşısında yerləşən çoxdan tikilmiş xeyir-şər mağarının yenidən qurulmasını xahiş etmişdilər.
Bələdiyyə üzvləri ümumi iclaslarında həmin binanın sakinlərinin əmlak vergilərini vaxtında ödədiklərini, bələdiyyənin tədbirlərində fəal iştirak etdiklərini nəzərə alaraq, mağarın yenidən qurulması üçün lazım olan tikinti materialarının alınmasına maliyyə vəsaiti ayrılmasını məqsədəuyğun hesab etdiblər.
Müvafiq qərarla bələdiyyə büdcəsindən 4044 manat vəsait ayrılıb və tikinti materialları alınaraq məhəllə komitəsinə təhvil verilib. Sakinlərin iştirakı ilə tikinti işlərinə başlanılıb.
Şərhlər bağlıdır.