Flora Namazova: “Mən daha köçkün deyiləm”
Azərbaycanlıların Soyqırımı günündə Xocalı köçkünü Tahirə Quliyeva Fərrux yüksəkliyindən sonra onun doğulub böyüdüyü şəhərin də yenidən azərbaycanlıların yurd yerinə çevriləcəyinə inandığını bildirdi
31 mart Azərbaycanlıların Soyqırımı günündə mingəçevirlilər Şəhidlər Xiyabanına gələrək, Soyqırım abidəsi önünə toplaşıblar. Şəhidlərin ruhuna Quran oxunub, soyqırım qurbanlarının xatirəsi yad edilib, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, 17 saylı məktəbin direktori Ceyhun Atayev son 200 ildə Qafqazda, türk soylu insanların yaşadıqları ərazilərdə erməni vandalizminin törətdiyi vəhşilikləri yada salıblar.
Köçkün kimi Mingəçevirdə məskunlaşan MDU-nun Təhsil fakultəsinin dekan müavini Flora Namazova və universitetin Humanitar fənlər kafedrasının müəllimi Tahirə Quliyeva isə acı xatirələrini bölüşüblər. Onlar 44 günlük savaşda ərazilərimizin böyük hissəsinin düşməndən təmizləndiyini, şəhidlərimizin qanının alındığını və tezliklə Qarabağda yeni həyata başlayacaqlarını qürurla səsləndiriblər. Flora xanım işğaldan azad edilən Ağdama tezliklə qayıdacağını deyib: “Mən daha köçkün deyiləm”. Xocalı köçkünü Tahirə xanım isə Fərrux yüksəkliyindən sonra doğulub böyüdüyü şəhərin də yenidən azərbaycanlıların yurd yerinə çevriləcəyinə inandığını bildirib.
Şərhlər bağlıdır.