Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Finalda “Bermud” komandası ilə görüşən “Qarabağ” qalib gəlib

Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” layihəsi uğurla yekunlaşıb. Həyəcan və böyük maraqla davam edən debatların nəticəsi olaraq finalda “Bermud” komandası ilə görüşən “Qarabağ” qalib gəlib.

Final mükafatlandırma və bağlanış mərasimidə Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov, MDU Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev debatların gənclərin və tələbələrin inkişafında mütəsna rol oynadığınından danışıb. Mingəçevir Regional Debat Mərkəzinin sədri  Etiram Sadıqzadə 5 yaşını qeyd etməyə hazırlaşan mərkəzin uğurlu fəaliyyətindən, qarşıda duran plan və vəzifələrindən söhbət açıb. O, xüsusilə vurğulayıb ki, şəhərdə debat fəaliyyəti sistemləşdirilib, bununla məşğul olan bütün təşkilat və  gənclər birbaşa və ya dolayısı ilə MRDM-dan bəhrələniblər.

Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Şərhlər bağlıdır.