FHN-in Aran Regional Mərkəzi Mingəçevirdə dəyirmi-masa keçirib
Bu fikirləri martın 17-də Mingəçevir Politexnik İnstututunda keçirilən dəyirmi masada FHN-nin Aran Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Məzahir Qaçayev səsləndirib. Mərkəzin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Elşən Bəşirov gənclərin fövqəladə hallara hazırlığı ilə bağlı məsələnin vacibliyinə diqqəti yönəldib: “Bizim məqsədimiz budur ki, hadisə baş verməmişdən qabaq qarşısını alaq. Buna görə də əhalinin, o cümlədən gənclərin maarifləndirilməsini zəruri hesab edirik. Bu, FHN-nə və strukturlarına bir vəzifə kimi tapşırılıb”.
Şöbə rəisi 112 qaynar xətt xidmətinə son vaxtlar müraciətlərin artdığını müsbət dəyərləndirsə də, bəzən anonim və əsassız zənglərin olduğunu da xatırladıb: “Belə bir hadisə Mingəçevirdə olmuşdu. Valideyni ilə dalaşan övladı zəng vuraraq, atasının iş yerində bomba olduğunu bildirmişdi. Təəssüf ki, bəzi gənclər belə hərəkətlərinə görə məsuliyyətə cəlb olunacaqlarını bilmirlər”.
Mərkəzin təlim-əməliyyat, planlaşdırma şöbəsinin zabiti İlqar Dəmirov FHN-in akademiyasında yaxşı təhsil almaq imkanının olduğunu nəzərə çatdırıb.
Dəyrmi-masa iştirakçıları yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə çevrilməsi zamanı təhlükəsizlik tədbirlərinin bir çox hallarda unudulduğunu, fövqəladə hallarda sığınacaq funksiyasını yerinə yetirməli olan zirzəmilərin natəmiz, acınacaqlı halda saxlandığını, yerli icra hakimiyyətlərinin bu sahədə işini günün tələbləri səviyyəsində quara bilmədiklərini də vurğulayıblar.
Şərhlər bağlıdır.