Ermənistan silahlı qüvvələri Mingəçevirə raket zərbəsi endirib
Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket zərbəsi endirib: “Mingəçevirdə Su anbarı və əsas elektrik stansiyası yerləşir. Bu, çarəsizliyin barbar ifadəsidir”.
Şərhlər bağlıdır.