Azərbaycan Gənclər Fondunin dəstəyi ilə «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi tərəfindən həyata keçirilən “Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək” adlı layihə çərçivəsində növbəti ekskursiya formatında düşərgə təşkil olunub. Göygöl Olimpiya İdman Kompleksində sentyabrın 11-dən 13-dək cəbhəyanı bölgələrdən olan region gənclərinin iştirakı ilə baş tutan ekskursiya və düşərgənin iştirakçıları müxtəlif maarifləndirici sessiyalara qatılıblar. Onlar Qarabağ, Gəncə-Qazax regionunun tarixi-arxeoloji abidələrı, Göygöl Milli Parkı, muzeylər, Bayraq meydanı, Heydər Əliyev mərkəzləri ilə tanış olublar. Təqdimat və praktik təlimlərdən, intellektual-əyləncəli müsabiqələrdən, idman yarışlarindan, xüsusən Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq fürsəti əldə edibıər.
Layihə çərçivəsində gənclər “Naftalan-Goranboy arxeoloji ekspedisiyası”nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi altında aparılmış arxeoloji qazıntılarla yaxından tanış olublar. Onlar qazıntıların aparılma qaydaları və qazıntı zamanı aşkar edilən qiymətli tapıntıların inventarlaşdırılması haqqında da bilgilər əldə ediblər.
Şərhlər bağlıdır.