Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Eko-TES” növbəti layihəsinə yekun vurdu

QHT Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə tullantıların idarə olunması, onların sağlamlığa təsiri, tullantıların xammala çevrilməsi məsələlərinə həsr olunub.

233

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi  Azərbaycan Respublikasının    Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır” adlı layihəni həyata keçirib. Layihə tullantıların idarə olunması, onların sağlamlığa təsiri, tullantıların xammala çevrilməsi məsələlərinə həsr olunub. Layihə çərçivəsində regional TV-də  mütəxəssislərin iştirakı ilə iki veriliş hazırlanıb və yayımlanıb.

Noyabrın 27-də layihə rəhbəri və ictimaiyyət nümayəndəələri çay süfrəsi ətrafında bir araya gəliblər.  Layihə rəhbəri Çingiz Nəzərov deyib ki, məişət tullantılarının idarə edilməsinin Azərbaycan modelinin necə olması araşdırılıb: “Biz ölkəmizdə məişət tullantılarının vahid idarəçilik modelini Mingəçevir şəhərinin timsalında qurmağa çalışdıq. TV verilişlərində kommunal xidmətin bu sahədə problemləri təhlil edidi, iş adamlarına məsləhətlər verildi. “Əhalinin tullantılara, məişət çıxarlarına münasibəti onun sağlamlıq göstərdicisidir” fikri geniş tamaşaçı auditoriyasına çatdırıldır. Tullantıların  xammala çevrilməsi, onun əhəmiyyəti barədə də fikirlər irəli sürüldü. Layihə dövlət və QHT qurumları birgə işləyərək, problemləri araşdırması baxımından da əhəmiyyətli oldu”

Tədbirə toplaşanlar əhalinin tullantıalara münasibətini dəyişdirmək və  onu optimallaşdırmaq, ictimaiyyəti mütəmadi məlumatlandırmaq üçün bir neçə təklif irəli sürüblər. Ç.Nəzərov diqqətə çatdırıb ki, bütün təkliflər diqqətlə nəzərdən keçiriləcək, sonda ümumiləşdirilərək, dövlət qurumlarına, o cümlədən  şəhər rəhbərliyinə təqdim ediləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.