Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Duyğu yarpaqları” ictimaiyyətə təqdimatı olundu

180

“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirovun “Duyğu yarpaqları” kitabının təqdimat mərasimi keçirilib. O, indiyədək “35 il və ilmələnən ömürlər”, “El ağsaqqalı”, “Onlar bizim fəxrimizdir” və “Sən kimsən, cənab polkovnik?” adlı kitablarını ictimaiyyətə təqdim edib. Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı mərasimdə çıxış edərək bildirib   ki, uzun illərdən bəri qəzet-jurnallarda, almanaxlarda dərc edilən yazıları və nəşr olunan kitabları ilə tanınan Mirsədi Daşdəmirovun növbəti kitabında son illərdə qələmə aldığı nəsr və publisistik əsərləri yer alıb: “Bir sıra yazılarda satira və yumor hissi, bəzilərində isə lirik duyğular özünü qabarıq şəkildə göstərir. Bu yazılar bütövlükdə oxuculara nəcib hisslər aşılayır”.

Qəzet redaktorunun yeni kitabının işığına toplaşan ziyalı dostları “Duyğu yarpaqları”nın nəşrini ədəbiyyatımıza töhfə kimi dəyərləndiriblər. Onlar müəllifə ürək sözlərini çatdırıb və yeni yaradıcılıq uğurları arzulayıblar.

Mirsədi Daşdəmirov tədbirə qatılan hər kəsə minnətdarlığını bildirib.

Şərhlər bağlıdır.