“Dövlət orqanları ən geci 24 saat ərzində sorğuları cavablandırmalıdır”
Bu fikri Mingəçevir Media Mərkəzində “Media hüququ və etikası” adlı təlimdə Ələsgər Məmmədli deyib. İREX-in dəstəyilə aprelin 15-də təşkil olunan tədbirdə bölgə KİV-nin, bələdiyyə və QHT-lərin nümayəndələri iştirak ediblər.
Ələsgər müəllim slayd vasitəsilə jurnalistlərin hüquq və vəzifələri, həmçinin dövlət orqanlarının informasiya ötürmək öhdəlikləri haqqında geniş məlumat verib. O qeyd edib ki, Konstitusiyanın 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, yaymaq azadlığı var: “Əgər jurnalist məlumat almaq üçün dövlət orqanlarına müraciət edərsə, ən geci 24 saat müddətində onun sorğusu cavablandırılmalıdır. Əgər veriləcək informasiyanı araşdırmağa ehtiyac varsa, bu vaxt 7 günədək uzadılır. Dövlət orqanları göstərilən müddət ərzində cavab almazsa, İnzibati Xətalar Məcəlləsinin 186-cı maddəsinə görə inzibati məsuliyyətə cəlb olunur”.
Çay və nahar fasilələri ilə davam edən təlim disskusiyalarla yaddaqalan olub.
Şərhlər bağlıdır.