Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Böyük Britaniyalı jurnalist Mingəçevir Media Mərkəzində

187

Bizim hamımız öz telefonlarımızla şəkil çəkməyi xoşlayırıq. Lakin bir neçə əməliyyat etsək, telefonlarımızı jurnalistikanın güclü bir alətinə cevirə bilərik. Hətta şəkil, video və audio fayları yazmaq imkanlarımız da var. Bəs bu imkanları necə hərəkətə gətirməli?
Böyük Britaniyalı jurnalist Dan Maysonun İREX-Azərbaycan təşkilatının dəstəyilə aprelin 11-də Mingəçevir Media Mərkəzində təşkil olunan bir günlük təlimində Mingəçevir, Gəncə, Şirvan və İmişli rayonlarından olan jurnalistlər, QHT nümayəndələri və tələbələr “Mobil platforması üzərində jurnalistika” barədə yeni bilgilər əldə etdilər.
İREX-in əməkdaşı Natella Abdullayevanın dediyinə görə, məqsəd jurnalistlərə, bloqçulara, PR peşəkarlara və mütəxəssilərə yeni media bacarıqlarını öyrətməkdir: “Bu təlimin iştirakçıları İphone və Android əməliyyat sistemləri olan mobil telefonlarını şəkil və video çəkməklə peşəkar jurnalistlər kimi işlətmək bacarığına yiyələnirlər”.
Müxbirimizlə söhbətində britaniyalı jurnalist Dan Mayson bildirib ki, təlimdən sonra bu adamlar onlayn rejimində keyfiyyətli video müsahibəni çəkmək, ətraf şəraiti nəzərə alaraq, sadə işiqlandırma üsüllarından istifadə etmək qaydalarından xəbərdardırlar: “Mən onlara mobil telefonıarı ilə yaxşı foto çəkməyin, audio müsahibə yazmağın, video sujet hazirlamağın əsas prinsipləri barədə anlayış verdim. Mikrofonu seçmək, video sujeti çəkmək və redaktə etmək üçün lazımlı əlavələri əldə etməyin yollarını, videonu komputerə və ya internetə yukləməyi, video sujetləri telefon vasitəsi ilə redaktə etməyi və bütöv filmə çevirməyi də öyrətdim. Hesab edirəm ki, bu bilgilər hətta jurnalist olmayanlar üçün də gələcəkdə gərəkli ola bilər”.

Şərhlər bağlıdır.