Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yaydığı məlumatda bildirilir ki, mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayraq vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur.
Məlumatda sonra deyilir: “Vətəndaşlarımızı CASUSLUQ məqsədi üçün istifadəyə verilmiş növbəti düşmən VPN tətbiqi barədə Xəbərdar etmək istəyirik! Belə ki, SkyVPN adlanan bu tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və cəsusluq üçün də istifadə olunduğunu bir daha isbat edir!
Şərhlər bağlıdır.