Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Daxili İşlər naziri Mingəçevirə gələcək

Vilayət Eyvazov şəhər sakinlərini 19 iyul 2023-cü ildə qəbul edəcək

Daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdə fəaliyyəti ilə bağlı vətəndaşların üzləşdikləri problemlərlə tanışlıq və qaldırılan məsələlərin mümkün qədər yerində həlli məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulunun keçirilməsi planlaşdırılmışdır.

Mingəçevir şəhər sakinlərinin qəbulu 19 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsində Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindəın keçiriləcəkdir.

Qəbul üçün elan olunan gündən başlayaraq Mingəçevir şəhər polis şöbəsinə müraciət etməklə qeydiyyatdan keçmək lazımdır.

Əlavə məlumat üçün əlaqə telefonu: (024) 275 8787

Mingəçevir şəhər polis şöbəsi

Şərhlər bağlıdır.