Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Danışan kompüterlər

Respublikamızda informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində uğurlu addımların atılması ilə kompüterlər həyatımızın bütün sahələrində istifadə olunmağa başlanmışdır. Bunu nəzərə alaraq gözdən əlil gənclərimizin kompüter bacarıqlarına sahib olmaları üçün “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi 2018-ci il aprel ayından “Danışan kompüterlər” adlı layihəsinə start verib. Layihə müəllifi Tükəzban Abdurrahmanova bildirib ki, layihə görmə əngəlli gənclərin internet şəbəkəsinə sərbəst çıxışının təmin eilməsi, iş axtarma və virtual ünsiyyət təcrübəsinin öyrədilməsi məqsədi daşıyır. Layihə çərçivəsində əngəlli gənclər kompüter texnologiyaları sahəsində biliklərə sahib olacaqlar. Gözdən əlil gənclərimizin sosial və iqtisadi həyatının yaxşılaşdırılmasına xidmət edən layihə iki ay davam edəcək. Layihəni müvəffəqiyyətlə bitirən tələbələr sonda diplomla təltif olunacaq. Onu da qeyd edək ki, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi bundan əvvəl də fiziki əngəlli gənclərimiz üçün bir sıra uğurlu layihələrə imza atmışdır.

Firəngiz Telmanlı

Şərhlər bağlıdır.