Bizimlə həyatınız həmişə işıqlı olacaq!

DƏNİZ, QAYTAR SEVGİLİMİ

Selə dönüb gözlərdə yaş,

Dəniz, sənin ürəyin daş,

Quruyaydı suların kaş,

Dəniz, qaytar sevgilimi.

 

Neçə qardaş, neçə ata,

Düşdü birdən itə-bata,

Səni xalqın ahı tuta,

Dəniz, qaytar sevgilimi.

 

Dalğa, hara atdın onu,

Nərə, sənmi tutdun onu,

Dəniz, niyə uddun onu,

Dəniz, qaytar sevgilimi.

 

Güvənirdik sənə yaman,

Vermədin de niyə aman,

Yoxsa gəldi axır zaman,

Dəniz, qaytar sevgilimi.

 

Elə bir fırtına qopar,

Götür, məni də al, apar,

Ruhum orda onu tapar,

Dəniz, qaytar sevgilimi.

Nazim Hüseynli

Şərhlər bağlıdır.