Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Mingəçevir xəbərləri
Mingəçevir
Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.
7615 nəfər YAP üzvü 61 ərazi təşkilatında birləşib
Fevralın 13-də YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26 illiyi qeyd edilib. Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gələrək, xatirəsini yad etdikdən sonra Heydər Əliyev Mərkəzində yığıncağa toplaşıblar. Təşkilatın sədri…
Onno Kervers Niderlanddan gətirilən 2 topu Mingəçevirdəki qadın futbolçularına bağışladı
Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers və BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin fevralın 13-də Mingəçevirdə səfərdə olublar. Onlar…
Təqaüdçü: “Ayda bir dəfə də ət ala bilmirəm”
Mingəçevir sakini, təqaüdçü Kərəm Cəfərov deyir ki, pensiyası nə qədər qalxsa da, evinə bir kilo ət ala bilmir: “Yaşlı adamam. Aldığım 180 manat pensiya ilə çox çətinliklə dolanıram. Əgər ayda bir dəfə bu pula ət ala bilmirəmsə, bunun nəyi…
Nənəsinin evinə oğurluq məqsədi ilə gəlmişdi
Mingəçevirin 80 yaşlı sakini Züleyxa Bağırovanın evinə oğurluq məqsədi ilə daxil olan şəxslər polis şöbəsi tərəfindən saxlanılıb. Onlar polis şöbəsinin müvəqqəti saxlanılma yerində törətdikləri oğurluq cinayətini etiraf ediblər. Təəccüblü…
Mingəçevirdə sakinlər qarğaların öldüyünü deyirlər.
Mingəçevirdə artıq bir neçə gündür ki, qarğaların ölməsi ilə bağlı xəbərlər dolaşır. Belə ki, şəhərin müxtəlif yerlərində qarğalar göydən çırpınaraq, yerə düşürlər. Hadisəni görən yerli sakin deyir ki, quşlar arasında ən uzun ömürlü hesab…
Mingəçevirdə 6 yaşlı qız hər kəsi heyran qoydu
Mingəçevir şəhərində yaşayan, 13 saylı məktəbin 1-ci sinfində oxuyan Nailə Qasımzadənin 6 yaşı olmasına baxmayaraq, qeyri-adi bacarıqları üzə çıxıb. İti zehnə malik olan bu qız ölkə üzrə avtomobil seriyalarının hamsını çaşmadan…
Gürcüstanın Azərbaycandakı baş konsulu Mingəçevirdə səfərdə olub
Gürcüstanın Azərbaycandakı baş konsulu Mamuka Balavadze Mingəçevir şəhərinə səfər edib. Səfər çərçivəsində gürcüstanlı konsul Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Tanışlıq məqsədi ilə keçirilən görüşdə …
Energetiklər qəsəbəsində sakinlərlə növbəti görüş
Bu dəfə qəsəbənin Naxçıvan 42,Yadigar Mansurov 11,15,13 və 9 ünvanlarında yaşayan sakinlərlə görüş keçirilib. Burda da nümunəvi məhəllə yaradılıb, həyətdə uşaq əyləncə mərkəzi quraşdırılıb, binaların dam örtükləri dəyişdirilib, dəhlizlərdə…
YAP şəhər təşkilatı ötən ilki fəaliyyəti barədə hesabat verdi
Fevralın 4-də Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatında 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib. Təşkilatın sədri Cavanşir Yusubov ötən il ərzində şəhər təşkilatının…