Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təqaüdçü: “Ayda bir dəfə də ət ala bilmirəm”

Mingəçevir sakini, təqaüdçü Kərəm Cəfərov deyir ki, pensiyası nə qədər qalxsa da, evinə bir kilo ət ala bilmir: “Yaşlı adamam. Aldığım 180 manat pensiya ilə çox çətinliklə dolanıram. Əgər ayda bir dəfə bu pula ət ala bilmirəmsə, bunun nəyi yaxşı oldu. Pensiyanını artırılması mənim təqaüdümə 3-4 manat təsir edib. Ayın axırı gələndə bilmirəm hara qaçıb gizlənim. Kommunallar bir tərəfdən, evin bazarlığı, hələ üstəlik də həkimin yazdığı reseplər. İndi gəl dolan görüm bu 180 manatla necə dolanasan. Əgər bu pensiyaya təkcə mən özüm gözümü diksəm, yenə bir təhər keçinərəm.Yaşlı adamam, yeməsəm də olar. Evdə 5 baş külfət gözünü dikib mənim pensiyama. Vallah, bazara gedəndə evə gəlməyə utanıram. Nəvələrim əlimə baxır ki, görək babamız bizə nə alıb? Bazardakılar eşidiblər ki, pensiya qalxıb,  hər şeyin qiymətini qaldırıblar. Mən də məcbur olub puluma uyğun keyfiyyətsiz ərzaq alıram. Neyləyim, bir təhər ailənin gündəlik qayğılarını ödəməyə çalışıram. 180 manat pensiya ilə dolanmaq indiki zamanda çox çətindir”.

Şərhlər bağlıdır.