“Bu xəbəri eşidən kimi uşağı həkimin yanına gətirdik”
3 ilə yaxndır ki, Mingəçevir şəhər xəstəxanasının cərrahı Kamran Qafarov Ramazan ayında öz təşəbbüsü ilə imkansız ailələrin övladlarına, Mingəçevirdədaki uşaq sanatoriyasında yaşayan oğlanlara sünnət edir. Onun xidmətindən Oğuz, Şəki və Yevlax sakinləri də istifadə edirlər.
1 ay boyunca hər gün 10-12 uşağa sünnət edən həkimin bildirdiyinə görə, uşağın ən böyüyünün 13 yaşı olub: “Bu gözəl Ramazan ayında həmişə istəmişəm ki, kimlərəsə bir xeyrim dəysin. İmkansız ailələrin sevincini bir dünya bilirəm. Bu gün bura gələn valideyinlərin öz övladlarını sünnət etdirib, sevinə-sevinə evlərinə qayıtmasından çox məmnunam”.
10 yaşlı uşağın valideyini, Mingəçevir sakini Rəna Babayeva deyib ki, imkansılıq üzündən uşağın sünnəti bu vaxta qalıb: “Bu xəbəri eşidən kimi uşağı həkimin yanına gətirdik. Minnətdarlığımı bildirirəm ki, belə bir addım atıb. Bizim kimi imkansızları da yada salanlar var”.
Şərhlər bağlıdır.