Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bu gün müəllimlər İKT sahəsində axsayırlar”

144

Sahib müəllimin dediyinə görə, bu gün müəllimlər İKT sahəsində axsayırlar: “Onların Şagirdlər daha çox məlumata malikdirlər. Bu, müəllimlər üçün həyəcan siqnalı olmalıdır. İKT-nı bilməyən müəllim sabah ağıllı elektron lövhələrini idarə edə bilməyəcək. Müəllimlərin əksəriyyətinin yeni tədris vərdişlərinə yiyələnməsinə, köhnə nəslə mənsub kompüterlərin dəyişdirilməsinə ehtiyac duyulur. Məktəblərin 60%-də fizika kabinetləri yoxdur. Son 4 ildə “İlin ən yaxşı məktəbi” müsabiqəsinə Mingəçevirdən heç bir təşkilat qatılmayıb”. Sahib müəllimin planları çoxdur. Daha ətraflı: mi-news.az xəbər portlının video bölümündə tanış olmaq mümkündür. Sahib Əmirxan oğlu Məmmədov 1960-cı il yanvarın 3-də Ağdam rayonunun Çəmənli kəndində doğulub. 1977-ci ildə Mingəçevir şəhərində 3 saylı orta məktəbi bitirib.1977-79-cu illərdə keçmiş Yol Maşınları Zavodunun təmir briqadasında fəhlə işləyib. 1979-84-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb. Təyinatla Yevlax rayonunun Gülövşə kənd orta məktəbinə göndərilib. Səkkiz ilə qədər orada ixtisası üzrə rus dili nüəllimi, baş və metodist müəllim kimi çalışıb. 1992-ci ilin yanvarında Mingəçevir şəhər təhsil şöbəsinə metodist, iyun ayında isə 15 saylı məktəbə direktor vəzifəsinə təyin olunub. 2008-ci ilə qədər həmin məktəbə, sonra isə bu məktəbin bazasında yaradılan Texniki-humanitar liseyə rəhbərlik edib. Pedaqogika üzrə fəlsəfə doktorudur və elmi fəaliyyətini davam etdirir. Əməkdar müəllim fəxri adını alıb. Ailəlidir.

Şərhlər bağlıdır.