Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu gün hər kəs evindən çıxmadan əksər işlərini görə bilər

İyunun 19-da jurnalistlər Elektron Hökumətin İnkişafı Mərkəzinin son illərdə həyata keçirdiyi uğurlu layihələrlə yaxından tanış ola biliblər. Onlara “ASAN ödəniş” və “ASAN Finans”,   “ASAN Viza”,   “e-agro”, “e-Satınalma”,   “e-Gov” və “ASAN Login”  barədə ətraflı bilgilər verilib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda hər kəsin hansısa dövlət kontoruna getmədən əksər işləri öz evindən-internet üzərindən həyata keçirməsi mümkündür. Məsələn, yaşadığın ucqar kənddə arı saxlayırsan və hər arı ailəsinə görə dövlətdən 10 manat subsidiya ala bilirsən. Artıq nə Bakıya, nə rayon mərkəzinə getməyə, kiməsə zəng vurmağa ehtiyac qalmır.  “e-agro”ya daxil olub, məlumatlarını yerləşdirirsən, bundan sonra müvafiq qurum monitorinq aparır və vəsait ödənilir. Əgər neqativ hal baş verərsə, aqrar xidmət sektorunda çalışan onlayn şikayət də edə bilir. Belə vəziyyət isə şəffaflığa gətirib çıxarır.Bu barədə Mərkəzin Biznes Proseslərinin Təhlili şöbəsinin rəhbəri Sevinc İsrafilova, ASAN Viza departamentinin rəhbəri İsmayıl Əbdüləzimov, Biznes Proseslərinin Təhlili şöbəsinin mütəxəssisi Sədi Eminov, Layihələrin Hazırlanması şöbəsinin böyük mütəxəssisi Nərgiz Rəsulova və Proqram Təminatı departamentinin rəhbəri Cəmşid Naxçıvanski  maraqlı təqdimatlar ediblər.

Təlimdə Paşa Bank ASC-nin Rəqəmsal Laboratoriya, Rəqəmsal Məhsullar üzrə rəhbəri  Səbinə Qurbanova Rəqəmsal Bankçılıq barədə fikirlərini bölüşüb.

ZOOM platforması üzərindən aparılan vebinar təlim Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzinin  təşkilatçılığı və Paşa Holdingin sponsorluğu ilə həyata keçirilir.

#YenilikləriKəşfEt #RəqəmsalJurnalistikayaDoğru #eGovAzerbaijan

Şərhlər bağlıdır.