Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Brainiest school” layihəsi öz işini uğurla yekunlaşdırıb

Azərbaycan Gənclər Fondu-nun  elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qaliblərindən olan “Brainiest school” layihəsi öz işini uğurla yekunlaşdırıb.
Layihənin rəhbəri Mingəçevir Dövlət Universitetinin tələbəsi Hikmət Qaffarov ilk olaraq yardılan fürsət və göstərilən etimada görə Gənclər Fonduna öz dərin təşəkkürünü çatdırıb. Layihənin əsas məqsədindən bəhs edib.
3 turdan ibarət olan  “Brainiest school” layihəsinin ikinci günü, yarı-final turu keçirilib. Bu turda 8 komanda finala vəsiqə qazanmaq üçün yarışıb. 6 döyüşdən ibarət turda, “Brainstorm” və “Bayraqdar” komandaları finala vəsiqə qazanıb. Sonuncu turda isə final oyunu oynanılıb.
Komandalar 1-cilik uğrunda yarışaraq, ümümilikdə 8 döyüşdən ibarət final turunun sonunda “Brainstorm” birinci yer, “Smash” komandası ikinci yer, ”Qarabağ” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar kubok, medal, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Sonda iştirakçılar xatirə şəkili çəkdirilib.

Şərhlər bağlıdır.