AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

24 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin tərkibində fəaliyyət göstərən “Xarici dillər” kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda təşkil edilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının və Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim kollektivi üzvləri də qonaq qismində iştirak ediblər.

Tədbir iştirakçılarına  MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran Pedaqoji fakültənin dekanı Nizami Zeynalov “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində universitetdə silsiləvi tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Tədbirdə MDU-nun “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin cıxışının nəzərdə tutulduğunu bildirən N.Zeynalov Azərbaycanın böyük mütəfəkkir şairinin həyat və yaradıcılığı haqqında ingilis dilində məruzələrin hazırlanması və yayılmasının önəmindən bəhs edib.

Sonra, proqrama uyğun olaraq tələbələrin məruzələri dinlənilib.

MDU-nun Pedaqoji fakültəsinin tələbələrindən Lalə Səmədova “Nizami Gəncəvinin  bioqrafiyasi” (Nizami Ganjavi’s biography) mövzusunda, Sevinc Nağıyeva “Nizami Gəncəvinin ədəbi fəaliyyəti” (Nizami Ganjavi’s literary activity) mövzusunda, Lalə Səmədova “Sirlər Xəzinəsi” (Information about “Treasury of Secret) mövzusunda, Aytəkin Səmədli “Xosrov və Şirin” (Information about “Khosrow and Shirin”) mövzusunda, Sahibəxanım Qarayeva “Leyli və Məcnun” (Information about “Leyli and Majnun”) mövzusunda, Sevda Şirinova “Yeddi Gözəl” (Information about  “Seven beauties”) mövzusunda, Şəbnəm Osmanova “İsgəndərnamə” (Information about “Iskander-Nameh”) mövzusunda, Cəmilə Balakişiyeva “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” (Nizami Ganjavi – poet for all Humanity) mövzusunda çıxış ediblər.

Tədbirdə A.Səmədli “Sənsiz” şeirini və C.Balakişiyeva “Leyli və Məcnun” poemasından şeir parçası səsləndirib.

Böyük maraqla qarşılanan tədbir dahi şairin əsərlərində yer alan mənəvi-əxlaqi və tərbiyəvi fikirlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş silsiləvi tədbirlər həyata keçirilir, dahi şairin zəngin irsinin öyrənilməsi, və təbliği diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close