Bölmə iclaslarında maraqlı məruzələr dinlənilib
Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda Respublika Elmi konfransının proqramına uyğun olaraq, 22-23 aprel 2016-cı ildə bölmə iclasları keçirilib.
“Milli-mədəni dəyərlər və multikulturalizm” bölməsinə rəhbərlik edən Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova iclasda bölmə üzrə 18 tezisin daxil edildiyini bildirib. Universitetin elmi kitabxanasında keçiriliən bölmə iclasında pedaqogika üzrə fəlsəfə doktoru, dosent Zenfira Əzizova “Qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişafı”, ictimai və təbiət fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov “Azərbaycan Albaniyasının dəfn adətləri etno-mədəni göstərici kimi (antik dövr)”, Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “Milli-mənəvi dəyərlərin formalaşmasında sinkretik və multikultural amillər”, Riyaziyyat və kompyuter elmləri kafedrasının baş müəllimi, fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Mehman Rəsulov “Diri Baba türbəsi YUNESKO siyahısına layiq abidələr”, Texniki-Humanitar liseyin direktoru Nailə Məmmədova “Multikultural dəyərlər, onların ümumtəhsil məktəblərində təbliği vasitələri”, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Quliyeva “Azərbaycanda multikulturalizmin inkişafı – müxtəlif mədəniyyətlər, adət-ənənələr” mövzularında məruzə ediblər. Bölmə iclasında həmçinin TRHET liseyin müəllimi İ.İsgəndərova və Q.Qaffarova, 9 saylı tam orta məktəbin müəllimi A.Cəfərova, 10 saylı tam orta məktəbin müəllimi Y.Bədəlova, 20 saylı tam orta məktəbin müəllimi M.Həsənov çıxış ediblər.
“Tədris prosesində milli-mənəvi tərbiyə” bölməsinə rəhbərlik edən “Dillər və ədəbiyyatın tədrisi” kafedrasının müdiri, filologiya elmlər üzrə fəlsəfə doktoru Mayıl İsmayılov iclasda bölmə üzrə 44 tezisin daxil edildiyini bildirib. Universitetin II korpusunda keçirilən bölmə iclasında filologiya üzrə fəlsəfə doktoru, dosent Namaz Manafov “Alman dili məşğələlərində atalar sözləri təhsil və tərbiyə prosesinin başlica funksiyasi kimi”; filologiya üzrə fəlsəfə doktoru Rahilə Məmmədova “Milli adət və ənənələr mənəvi dəyərlər sistemində”; 4 №-li tam orta məktəbin müəllimi, Gəncə Dövlət Universitetinin dissertantı Natəvan Mustafayeva “Şagirdlərin milli-mənəvi tərbiyyəsində informatika fənninin rolu”; 19 saylı tam orta məktəbin müəllimi Könül Mustafayeva “Mənəviyyat varlığımızdır”; 3 saylı tam orta məktəbin direktoru Kəmalə Tahirova “Xarici dil dərslərində milli-mənəvi dəyərlərin təbliği”, filologiya üzrə fəlsəfə doktoru Vəfa Məhərrəmova “Azərbaycan dili və milli-mənəvi dəyərimizin tərkib hissəsi kimi”; TRHET liseyin müəllimi Şahnaz Nəbiyeva “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində milli-mənəvi dəyərlərin aşılanması”; AMEA Dilçilik İnstitutunun dissertantı Lamiyə İbrahimova “Müxtəlif sistemli dillərdə tarixi, milli-mənəvi dəyərlərin ötürülməsində ad qruplu frazeoloji paradiqmlərinin rolu”; TH liseyin müəllimi, AR Təhsil Problemləri İnstitutunun doktorantı Sevda İsmayılova “Milli-mənəvi dəyərlərin aşılanmasında riyaziyyatın rolu”, Səadət Ağakişiyeva “Cavid yaradıcılığında milli-mədəni irsimizin əksi”, Səbinə Novruzova “Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlər sistemi mövzularında məruzə ediblər.
“Sosial-iqtisadi proseslərin milli-mənəvi dəyərlərə təsiri” bölməsinə rəhbərlik edən “Sənayenin təşkili və idarə olunması” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Emiliya Hüseynova iclasda bölmə üzrə 33 tezisin daxil edildiyini bildirib. Universitetin əsas korpusunda 117 saylı auditoriyada kecirilən iclasda dosent E.Hüseynova “Dünya iqtisadiyyatına inteqrasiyanın iqtisadi inkişafa təsiri”; “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyev “Milli-mənəvi dəyərlərin və mədəni irsin qorunmasının sosial-iqtisadi əsasları”; “İqtisadiyyat” kafedrasının baş müəllimi Günəş Şəfaqətov “Azərbaycanın qiymətli kağızlar bazarı: reallıqlar və perspektivlər”; “Sənayenin təşkili və idarə olunması” kafedrasının baş müəllimi Zaur Rəsulov “Korporativ mədəniyyət – milli-mədəni dəyərlərin tərkib hissəsi kimi”, “İqtisadiyyat” kafedrasının müəllimi, ADAU-nin doktorantı Yeganə Məmmədli “Aqrar-sənaye kompleksinin dünya təsərrüfatına inteqarsiya meylləri” mövzularında məruzə ediblər.
Bölmə iclasının sonunda konfransın Təşkilat Komitəsinin sədri, Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov və sədr müavini Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir müavini Raifə Mürşüdova konfrans və bölmə iclasları barədə fikirlərini bölüşüblər.
Şərhlər bağlıdır.