AzərbaycanMədəniyyət

Bölgələrdə konsertlər olacaq

Azərbaycanın mərhum lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq.

Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək.

Konsert proqramında incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək.

Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək.

Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq. 

Источник: oxu.az

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close