Bölgələrdə ictimai əhəmiyyətli informasiyalara çıxış imkanı məhduddur
Qiymətləndirmə hesabatının qısa xülasəsi
Azərbaycanın bölgələrində yaşayan əhali üçün dövlət idarəetmə orqanlarının, həmçinin ictimai xidmətlər göstərən müəssisələrin fəaliyyəti ilə bağlı ictimai əhəmiyyətli informasiyalar əldə etmək son dərəcə ciddi problemdir. İcmalar onların təhsili, sağlamlığı, istifadə etdiyi infrastrukturun saxlanması üçün planlaşdırılan və faktiki xərclərin həcmi barədə açıq mənbələrdən məlumatlar tapmaqda çətinlik çəkirlər. Yerli strukturların öz fəaliyyətinə dair hesabatları ya ümumiyyətlə yoxdur, ya da həmin hesabatlarda vətəndaşlar üçün zəruri olan informasiyalar yetərli səviyyədə deyil. Əhalinin qərarların qəbulu və icrası ilə bağlı proseslərdə iştirakçılığı təmin edilmir və nəticədə onlar qurduqları ünsiyyət sayəsində də məlumatlar əldə etmək imkanını itirmiş olurlar. Bu cür məlumat qapalılığı və qeyri-şəffaf fəaliyyət istər yerli icra hakimiyyətlərinə və bələdiyyələrə, istərsə də ictimai xarakterli sosial və kommunal xidmətlər göstərən müəssisələrə aiddir.
Paytaxtda medianın və vətəndaş cəmiyyətinin daha fəal və peşəkar, cəmiyyətin daha fəal olması mərkəzi hakimiyyət orqanlarının fəaliyyəti barədə məlumat almaq istiqamətində təşəbbüslərin çoxluğu ilə müşahidə edilir. Lakin bölgələrdə problem daha kəskindir. Fəal və peşəkar vətəndaş cəmiyyətinin, həmçinin medianın məhdudluğu yerli səviyyədə icmaların ictimai məlumatlara çıxışını daha da çətinləşdirir. Ən müxtəlif kanallar vasitəsilə regionlara yönələdilən investisiyaların həcmi və strukturu, investisiya qoyuluşları hesabına bölgələrin əldə etdiyi səmərə, büdcə və büdcədənkənar fondlar vasitəsilə bölgələrə ayrılan xərclər və həmin xərclərin strukturu, müxtəlif hökumət proqramlarının icrası üçün istifadə edilən resurslar, bölgələrdə mövcud olan ictimai və kommunal xidmət müəssisələrinin fəaliyyətinin nəticələrini əks etdirən statistik göstəricilərlə bağlı informasiyalar kifayət qədər qapalıdır.
Mövcud durumun daha obyektiv qiymətlənidirilməsi və bu istiqamətdə mütərəqqi dəyişikliklər üçün vətəndaş cəmiyyəti adından təşəbbüslərin ictimai vəkilliyini aparmaq üçün yerli səviyyədə informasiya açıqlığının hərtərəfli qiymətləndirilməsi zəruri idi. Qiymətləndirmə üçün 8 istiqamət üzrə 37 indikator müəyyən edilib. İndikatorlaırn müəyyən edilməsi zamanı ölkədə informasiya açıqlığı ilə bağlı hüquqi müddəa və standartlar tam nəzərə alınıb. Qiymətləndirmə istiqamətlərinə daxildir:
- İctimai vəsaitlərin və vergilərin formalaşması ilə bağlı məlumatların açıqlıq səviyyəsi;
- İctimai vəsaitlərin istifadəsi ilə bağlı informasiyaların açıqlığı sahəsində vəziyyət;
- İctimai əmlakın istifadəsi ilə bağlı məlumatların açıqlıq səviyyəsi;
- Sosial xidmətlərlə bağlı məlumatların açıqlığı sahəsində vəziyyət;
- İctimai informasiyaların cavablandırılma səviyyəsilə bağlı məlumatların açıqlıq səviyyəsi;
- Yerli qurumların informasiya açıqlığını təmin edən imkanlar və hesabatlılığın vəziyyəti;
- Bölgələrin iqtisadi imkanları ilə bağlı məlumatların açıqlıq səviyyəsi;
- Yerli qurumların fəaliyyətinin inzibati təşkiliylə bağlı məlumatların açıqlıq səviyyəsi.
Bu istiqamətlər üzrə indikatorlar dəsti əsasında ölkənin 4 bölgəsinin timsalında (Bərdə, Yevlax və Xaçmaz rayonları, Mingəçevir şəhəri) İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert qrupu tərəfindən qiymətlədirmə aparılıb. Bundan sonrakı mərhələdə isə anoloji qiymətləndirməni bütün rayon və şəhərlər üzrə aparmaq mümkündür.
1.Yerli səviyyədə ictimai informasiyarın açıqlığının hüquqi əsasları
Ölkə qanunvericliyi istər mərkəzi, istərsə də yerli səviyyədə fəaliyyət göstərən ictimai təsisatların timsalında informasiya açıqlığı ilə bağlı vacib və icbari hüquqi müddəlar müəyyənləşdirib. Bu sahədə baza sənəd Azərbaycan Respublikasının Konstitusiyası hesab edilir. Konstitusiyanın 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu müddəanın real həyatda tətbiqini reallaşdırmaq üçün qəbul edilən əsas normativ-hüquqi akt kimi “İnformasiya əldə etmək haqqında” Qanunu qeyd etmək mümkündür. Qanunun 2-ci maddəsinə görə, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək , belə məlumat olmadıqda isə onu əldə etmək üçün yardımçı məlumatlar almaq hüququna malikdir. Qanunun 3-cü maddəsində ictimai informasiyanın izahı təqdim olunur: ictimai informasiya qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Bu cür informasiyanın sahibi isə dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Bu subyektlər sahib olduqları ictimai informasiyaları sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yaymaq, internet informasiya ehtiyatlarında yerləşdirmək, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan etmək, rəsmi və ya kütləvi tədbirlərdə bildirmək öhdəliyi daşıyırlar.
Qanunun 6-cı maddəsinə əsasən, ictimai informasiyalar maksimum açıq olmalı, informasiya sorğusu ən qısa zamanda və ən münasib üsulla təmin edilməlidir. 9-cu maddəyə görə, dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibi hesab olunurlar. Bundan əlavə, əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə ictimai informsiya sahibidirlər. Eyni zamanda, tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə ictimai informasiya sahibi statusundadırlar.
İctimai funksiyaları yerinə yetirən hüquqi şəxslərə gəldikdə, Nazirlər Kabinetinin 1 sentyabr 2016-cı il, 338 saylı qərarı ilə həmin subyektlərin siyahısı təsdiqlənib. Siyahıya əsasən ictimai informasiya sahibi olaraq ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərə nəinki dövlət idarəetmə qurumları, eləcə də publik hüquqi şəxslər, kredit və sığorta təşkilatları, telekommunikasiya və poçt müəssisələri və s. təşkilatlar da daxildir.
Qanunun 10-cu maddəsi informasiya sahibinin vəzifələrini müəyyən edir. Onlar öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə olunması hüququnu təmin etmək üçün informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli, yaxud struktur bölmə, informasiya xidmətləri formalaşdırmalıdırlar.
Qanunun 12-ci maddəsinə görə, ictimai informasiyaların hər kəs tərəfindən istifadə edilə biləcəyi elektron məlumat toplusu (sənədlərin reyestri) yaradılmalı, hüquqi aktlar (imzalandığı gün), müqavilələr (qüvvəyə mindiyi gün), müxtəlif statistik hesabatlar reyestrdə qeydə alınmalıdır.
Qanunun 29-cu maddəsinə görə, informasiya sahiblərinin açıqlamalı olduqları informasiyaların siyahısı müəyyən edilib. Bu siyahı kifayət qədər uzundur və bura ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası, büdcə proqnozları, dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr, dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar, dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar, dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar, dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar, dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar və s. daxildir.
Qanunun 30-cu maddəsinə görə, bu məlumatlar internet informasiya ehtiyatlarında açıqlanmalıdır. Bundan başqa, informasiyanın açıqlanması media, rəsmi nəşrlər, kitabxanalar, ictimai informasiya mərkəzləri vasitəsilə də həyata keçrilə bilər.
Qeyd olunan əsas normativ sənədlərdən başqa “Məlumat azadlığı haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlar, “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və s. kimi mühüm hüquqi sənədlərdə də informasiya açıqlığı və ictimai qurumların fəaliyyətində şəffaflıq tələbləri əks olunub.
İctimai idarəetmədə qərar qəbulu prosesində şəffaflıq, ictimai informasiyaların açıqlığı bir neçə aspektdən vacibdir. Əvvəla, şəfafflıq və informasiya açıqlığı olmadığı şəraitdə ictimai resurslardan səmərəli istifadəni təmin etmək çətinləşir. Çünki istər media və vətəndaş cəmiyyətinin, istərsə də parlamentin təftiş, qiymətləndirmə, monitorinq və cəmiyyəti məlumatlandırma kimi funksiyalarını effektiv və ictimai maraqlara uyğun yerinə yetirə bilməsi üçün hökumətin fəaliyyətində şəffaflıq ən mühüm şərtdir. Digər tərəfdən, bütövlükdə cəmiyyətin ictimai informasiyalara maneəsiz çıxışı təmin edilmədikdə hökumətin fəaliyyəti barədə obyektiv təsəvvürə malik olmur, alternativ siyasi qüvvələri müqayisə etmək imkanını itirir, həmçinin cəmiyyəti irəli aparan alternativ ideyaların yaranması üçün əlverişli mühit yaranmır.
Şübhəsiz ki, problemin həllində ilk növbədə yerlərdə fəaliyyət göstərən ictimai institutların (media və QHT-lər) və könüllü gənc fəalların potensialının artırılmasına ehtiyac var. Təqdim olunan hesabat da məhz seçilmiş 4 pilot bölgədə – Yevlax, Xaçmaz və Bərdə rayonlarında, eləcə də Mingəçevir şəhərində fəaliyyət göstərən yerli icitmai fəallar və ekspertlərlə birgə hazırlanıb. İlkin mərhələdə yerli səviyyədə ictimai informasiyaların açıqlığı sahəsində mövcud hüquqi tələblər və praktik təcrübələrlə, onların məlumatlılıq səviyyəsinin yüksəldilməsiylə bağlı görüşlər keçirilib. Bu görüşlərdə yerli səviyyədə idarəetmə qurumlarının və ictimai xidmət təşkilatlarının fəaliyyətində açıqlıq və şəffaflığı qiymətləndirmək üçün istifadə ediləcək indikatorlar müzakirə edilib və həmin göstəricilərin yekun variantı hazırlanıb.
Sonrakı mərhələdə isə həmin göstəricilər əsasında bir sıra yerli hakimiyyət və bələdiyyə qurumlarının, həmçinin yerli sosial və ictimai xidmət təşkilatlarının timsalında ictimai məlumatların açıqlığının, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin qiymətləndirilməsi aparılıb, hər bir rayon üzrə ayrıca hesabat hazırlanıb.
Hesabat hazırlanarkən bütün pilot ərazilərdə eyni qurumlar və eyni ictimai xidmətlər üzrə monitorinq aparılıb. Yalnız Mingəçevir şəhər yaşayış məntəqəsi olduğu üçün həmin ərazi üzrə hazırlanan moniorinq hesabatında kənd təsətrrüfatı və fermerlə bağlı göstəricilər istifadə edilməyib.
2. Seçilmiş indikatorlar əsasında pilot ərazilərdə yerli idarəetmə və ictimai xidmət təşkilatlarının fəaliyyətində informasiya açıqlığı səviyyəsinin qiymətləndirilməsi üzrə Monitorinq Hesabatı
Monitorinq hesabatının hazırlanamsı üçün istifadə olunan qiymətlədirmə göstəriciləri vətəndaşların gündəlik xidmət almalı olduğu ən vacib idarəetmə qurumlarının (rayon icra hakimiyyətləri, ali dövlət hakimiyyət orqanlarının yerli strukturları və bələdiyyələr), sosial xidmət müəssisələrinin (təhsil, səhiyyə və sosial müdafiə orqanları) və ictimai əhəmiyyətli kommunal xidmət təşkilatlarının fəaliyyətini qiymətləndirməyi nəzərdə tutur.
Yerli səviyyədə idarəetmə və ictimai xidmət təşkilatlarının fəaliyyətində informasiya açıqlığı və şəffaflıqla bağlı ictimai monitorinq məqsədilə 8 istiqamət üzrə 37 indikatordan istifadə təklif edilib. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.1. İctimai vəsaitlərin və vergilərin formalaşması ilə bağlı məlumatların açıqlıq səviyyəsi
Bu istiqamətə rayon və şəhərlərdə dövlət və bələdiyyə büdcələrinə vergilərdən, ictimai əmlakın istifadəsindən, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarından daxilolmalarla bağlı informasiya açıqlığını və müvafiq təşkilatların hesabatlılığını qiymətləndirmək üçün ümumilikdə 10 indikatordan istifadə edilib. Həmin indikatorlar üzrə rayonlarda aparılan qiymətləndirmənin nəticələri aşağıdakı kimidir:
2.1.1. Dövlət idarəetmə orqanlarının saxlanması xərcləri və onların strukturu, icra hakmiyyəti vasitəsilə ərazinin abadlaşdırılması üçün xərclərin məbləği barədə məlumatlar
Mingəçevir Şəhər İcra Hakimiyyətinin səhifəsində dövlət idarəetmə orqanlarının saxlanması xərclərinin ümumi məbləği və həmin xərclətin strukturu barədə məlumatlar yerləşdirilmir, başqa rəsmi informasiya mənbələrində də bu məlumatlar ictimaiyyət üçün əlçatan deyil. Şəhər İcra Hakimiyyətinin saytı mövcud olsa da, idarəetmə xərcləri barədə hər hansı informasiyanı açıqlamır. Yalnız Şəhər İcra Hakimiyyətinin nəzdində olan ayrı-ayrı icra nümayəndəliklərinin ildə bir dəfə ictimaiyyət üçün keçirdikləri canlı hesabat yığıncaqlarında belə məlumatlar açıqlanır. Məsələn, 23 və 24 yanvar 2020-ci il tarixlərində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 və 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin 2019-cu il üzrə idarəetmə xərcləri, o cümlədən əmək haqqı və inzibati xərcrləri barədə informasiyalar tədbirdə iştirak edən müstəqil media tərəfindən yayılıb[2].
Bərdə rayonu İcra Hakimiyyətinə hesabatın hazırlandığı dövrdə yerli ekspertlər tərəfindən rəsmi məktubla ünvanlanan informasiya sorğusuna cavab verilməyib. Bərdə Maliyyə İdarəsinə göndərilən məktuba cavab olaraq isə bildirilib ki, Nazirlər Kabinetinin 26 noyabr 2018 –ci il tarixli 504 saylı qərarına əsasən, təşkilatlar illik maliyyə fəaliyyətləri, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları özlərinin internet informasiya ehtiyatlarında açıqlamalıdırlar. Odur ki, həmin təşkilatlara müraciət edilməlidir.
Bərdə İcra Hakimiyyətinin rəsmi saytı mövcud olsa da, büdcə xərcləri barədə hər hansı bir informasiyaya rast gəlinməyib. Bərdə Maliyyə İdarəsinin isə rəsmi internet resursu mövcud deyil.
Yevlax rayonu üzrə nə yerli dövlət idarəetməsi üzrə xərclərin məbləği və strukturu, nə də yerli icra hakmiyyətinin abadlaşdırma ilə bağlı xərcləmələrinə dair açıq informasiya mənbələrində, o cümlədən Yevlax rayon İH-nin saytında məlumat yoxdur. Bu informasiya rəsmi dövri nəşrlərdə, o cümlədən rayon qəzetində də yayılmır.
Xaçmaz rayonu üzrə nə yerli dövlət idarəetməsi üzrə xərclərin məbləği və strukturu, nə də yerli icra hakmiyyətinin abadlaşdırma ilə bağlı xərcləmələrinə dair açıq informasiya mənbələrində, o cümlədən Xaçmaz rayon İH-nin saytı da daxil olmaqla heç bir açıq rəsmi mənbədə, eləcə də rəsmi dövri nəşrlərdə (rayon qəzeti) informasiya mövcud deyil.
Qiymətləndirmələrin nəticəsi göstərir ki, yerli dövlət idarəetmə orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi, eləcə də yerli icra hakimiyyətləri vasitəsilə ərazilərin abadlaşdırılması ilə bağlı xərclər bütün ərazilərdə kifayət qədər qapalı saxlanır və ictimaiyyət üçün əlçatan deyil.
2.1.2. Dövlət idarəetmə orqanlarının həyata keçirdiyi satınalmalar barədə məlumatlar
Monitornqin nəticəsi göstərir ki, bütün rayonlar üzrə dövlət satınalmalarına dair bir sıra məlumatları elektron satınalma vahid internet portalından əldə etmək olur. Bütün rayon və şəhərlər satınalma elanları və bağlanmış müqavilələr barədə məlumatlar yerləşdirlir. Yalnız icra olunmuş müqavilələrin nəticələrinə dair ətraflı məlumatlar olmur.
Bağlanmış müqavilələrə dair məlumat cədvəlində malalan təşkilatın adı, müqavilənin dəyəri, predmeti, malgönərən (qalib) təşkilatın adı, müqavilənin bağlandığı tarix barədə informasiyalar əks olunur. Bağlanmış müqavilələrin siyahısını hər bir rayonun (şəhərin) adını daxil etməklə müvafiq linkdən əldə etmək mümkündür.
Bütün rayonlar (şəhərlər) üzrə satınalma elanlarını uyğun linkə daxil olub axtarış bölməsinə müvafiq rayonun (şəhərin) adını daxil etməklə əldə etmək mümkündür.
Mingəçevir şəhəri üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə 70 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 34 müqavilə bilavasitə şəhər İcra Hakimiyyətinin özü və ya onun struktirları (Mənzil-Kommunal Təsərrüfatı, Yaşıllaşdırma İdarəsi və s.) tərəfindən bağlanıb. Müqavilələrin ümumi dəyəri 1.5 mln. manata yaxın olub. Yerdə qalan müqavilələr əsasən şəhər təhsil qurumlarının satınalmaları ilə bağlı olub.
Bərdə rayonu üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə 47 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 11 müqavilə rayon İcra Hakimiyyətinin Bərdə şəhər Nümayəndəliyinin adından bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 1.2 mln. manata yaxın olub. Yerdə qalan müqavilələr əsasən rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Nazirliyinin Regional İdarəsi və Subartezian Quyularının İstsmarı İdarəsinin adından bağlanıb.
Yevlax rayonu üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə cəmi 7 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 5 müqavilə bilavasitə Rayon İcra Hakimiyyətinin özü və ya Yaşıllaşdırma İdarəsi adından bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 106 min manat olub. Digər 2 müqavilə isə Rayon Polis Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Ryestr Xidmətinin Regional İdarəsi adından bağlanıb.
Xaçmaz rayonu üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə 44 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 11 müqavilə rayon İcra Hakimiyyəti adından bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 228 min manata yaxın olub. Yerdə qalan müqavilələr əsasən rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Nazirliyinin Regional İdarəsi, Rayon Polis İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Regional İdarəsi adından bağlanıb.
Yerli dövlət orqanlarının satınalma fəaliyyətləri ilə bağlı məlumatlar onların öz internet resuslarında açıqlanmasa da, vahid dövlət elektron satınalma portalı belə məlumatların ictimaiyyət üçün açıqlanmasına yardımçı olur. Lakin bu sahədə əsas problem odur ki, yerli dövlət təşkilatlarının hər biri üzrə mal, iş və xidmət alınması məqsədilə nə qədər büdcə vəsaitinin təsdiqləndiyi qapalı saxlandığı üçün elektron satınalma portalında olan müqavilə dəyərinin həmin büdcənin hansı hissəsini təşkil etdiyini bilmək olmur. İctimai nəzarət üçün ən vacib olan göstərici budur ki, dövlət qurumlarının illik mal, xidmət və iş sifarişlərinin hansı hissəsi cəmiyyət üçün açıq olan satınalma üsulları vasitəsilə reallaşıdırılır.
Bu isə o deməkdir ki, yerli səviyyədə satınalma məlumatlarının açıqlığı yerli büdcə məlumatlarının tam açıqlığı ilə tamamlanmalıdır.
2.1.3. Rayon (şəhər) üzrə səhiyyə xərclərinin ümumi məbləği
Rayonların (şəhərlərin) səhiyyə sisteminə büdcədən ayrılan xərclərlə bağlı açıq informasiya mənbələrində məlumat tapmaq imkansızdır. İcbari Tibbi Sığorta Agentliyinin 2018-ci il üzrə hesabatında pilot ərazilərin (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) səhiyyə xərcləri hər bir inzibati ərazi üzrə ayrı-ayrılıqda deyil, birlikdə təqdim edilib. Hesabatda aydın olur ki, 3 pilot ərazi üzrə ümumilikdə 2018-ci ildə 32 660,39 min manat vəsait sərf edilib.
Bərdə rayonu üzrə səhiyyə xərclərinin məbləği barədə məlumat əldə etmək mümkün olmayıb. Xaçmaz rayonu yerli statistika orqanın məlumatına görə, 2018-ci ildə inzibati ərazi üzrə səhiyyə xərclərinin məbləği 5175.9 min manat təşkil edib. Lakin bu məlumat əhali üçün daima əlçatan olan açıq informasiya mənbələrində (məsələn, rəsmi internet saytlarında, dövri nəşr olunan qəzetlərdə) mövcud deyil. Rayon statistika orqanının məhdud sayda, xidməti istifadə üçün çap etdiyi illik statistik məcmuədə bu məlumat yayılıb.
2.1.4. Rayon (şəhər) ərazisində dövlət proqramları çərçivəsində ayrılan vəsaitlərin məbləği və xərclərin strukturu
Ölkənin bölgələriylə bağlı çoxsaylı və fərqli hökumət poqramları icra edilir. Məsələn, regionların inkişafı, aqrar sektorun müxtəlif sahələri (üzümçülük, pambıqçılıq və s.) üzrə dövlət proqramı, səhiyyə (şəkərli diabet, böyrək çatışmazlığı və s.) üzrə məqsədli büdcə proqramları möcuddur. Lakin monitorinq aparılan inzibati ərazilərin heç birində konkret rayonlar üzrə hökumət proqramlarına sərf olunan maliyyə vəsaitləri, onların mənbəyi (dövlət büdcəsi, cəlb edilmiş kreditlər və s.) barədə heç bir açıq mənbələrdə məlumat yoxdur, hətta rəsmi qurumlara müraciətlər əsasında belə həmin informasiyaları əldə etmək mümkün deyil.
Yalnız Yevlax Rayon İcra Hakimiyyətinin rəsmi saytında Yevlax şəhərinin içməli su və kanalizasiya sisteminin qurulmasına ilkin olaraq 5 mln. manat vəsait ayrılması barədə informasiya var.
Proqramların maliyyə təminatının rayonlar üzrə bölgüsünün olmaması onların ictimai monitorinqini və icrası üzərində effektiv media nəzarətini mümkünsüz edir.
2.1.5. Rayon (şəhər) üzrə təhsil xərclərinin təhsil pillələri (məktəbəqədər, orta və digər təhsil səviyyələri) üzrə həcmi və strukturu
Mingəçevir şəhəri, Bərdə və Yevlax rayonları üzrə təhsil xərclərinin ümumi məbləği və strukturu barədə məlumat əldə etmək mümkün olmayıb.
Yalnız Xaçmaz rayonu yerli statistika orqanın məlumatına görə, 2018-ci ildə inzibati ərazi üzrə təhsil xərclərinin məbləği 1120.6 min manat təşkil edib. Lakin xərclərin təhsil pillələri üzrə sturkturuna və iqtisadi təsnifatına dair heç bir informasiya açıqlanmır. Digər tərəfdən isə bu məlumat açıq informasiya mənbələri (məsələn, rəsmi internet saytları, dövri nəşr olunan qəzetlər) vasitəsilə deyil, məhdud sayda və xidməti istifadə üçün çap edilən illik statistik məcmuədə yayılıb.
2.1.6. Rayon (şəhər) üzrə kənd təsərrüfatına çəkilən xərclərin həcmi və strukturu
Mingəçevir şəhər yaşayış məntəqəsi olduğu üçün ərazi üzrə kənd təsərrüfatı xərcləri nəzərdə tutulmur. Yerdə qalan 3 rayonun (Xaçmaz, Yevlax və Bərdə) heç birində bu məlumat açıq informasiya mənbələrində mövcud deyil.
Bərdə rayonunda hətta rəsmi sorğular əsasında da həmin məlumatı əldə etmək mümkün olmayıb. Yalnız Yevlax rayonu üzrə Dövlət Aqrar İnkişaf Mərkəzinin rayon bölməsinə müraciət nəticə verib. Qurumdan təqdim edilən məlumata görə, 2018-ci ilə rayon üzrə kənd təsərrüfatına çəkilən xərclərin ümumi həcmi 2268.4 min manat olmuşdur ki, bunun da əsas hissəsi kənd təsərrüfatı sektoruna verilən subsidiyalardan ibarətdir.
2.1.7. Rayon (şəhər) üzrə kənd təsərrüfatı sektoruna verilən subsidiyaların ümumi və növlər üzrə həcmi, kəndlər üzrə bölgüsü, subsdiya alan fermerlərin adlı siyahısı
Yevlax və Bərdə rayonları üzrə bu məlumatların heç birini əldə etmək mümkün olmayıb və həmin məlumatlar açıq informasiya kanallarında ictimaiyyət üçün açıq deyil.
Lakin Dövlət Aqrar İnkişaf Mərkəzinin Xaçmaz rayonu sorğu əsasında bir sıra məlumatlar təqdim edib. Sorğuya verilən cavabdan aydın olur ki, 2018-ci ildə 27 kənd və qəsəbə üzrə 13.2 min istehsalçıya məxsus 35.2 min hektar torpaq sahəsı üçün 2.4 mln. manat subsidiya ödənib. Lakin fermerlər üzrə adlı siyahı açıqlanmır.
2.1.8. Rayon (şəhər) ərzisində melorasiyaya ayrılan vəsaitin həcmi
Monitorinq prosesinə cəlb edilən rayonların heç birində melorasiya sisteminin saxlanması və inkişafı üçün tələb olunan xərclərin həcmi ilə bağlı məlumatlar əlçatan deyil və monitorinq dövründə bu istiqamətdə hər hansı informasiya da əldə etmək mümkün olmayıb.
2.1.9. Rayon (şəhər) üzrə sosial müdafiə sahəsində çəkilən xərclərin həcmi və strukturu
Monitorinq prosesinə cəlb edilən rayonların heç birində əhalinin sosial müdafiəsinə çəkilən xərclərin həcmi, müxtəlif sosial müdafiə tədbirləri üzrə melorasiya sisteminin saxlanması və inkişafı üçün tələb olunan xərclərin həcmi ilə bağlı məlumatlar əlçatan deyil və monitorinq dövründə bu istiqamətdə hər hansı informasiya da əldə etmək mümkün olmayıb.
2.1.10. Rayon (şəhər) bələdiyyəsinin illik xərclərinin strukturu
Monitorinq çərçivəsində bələdiyyə büdcələrinin açıqlıq səviyyəsinin qiymətləndirilməsini yalnız monitorinqə cəlb edilən inzibati ərazilərdəki şəhər bələdiyyələrinin timsalında aparmaq qərara alındı. Çünki bələdiyyələrin sayı çoxdur, çox da genişmiqyaslı olmayan, məhdud monitorinq prosesində bütün bələdiyyələri əhatə edən belə bir qiymətləndirmə fiziki baxımdan mümkün olmayacaqdı. Bu baxımdan ictimai fəallığın və yerli özünü fəallığının nisbətən daha yüksək olduğu ehtimal olunan şəhər bələdiyyələrini pilot qiymətləndirmə obyekti kimi seçmək qərara alındı.
Yalnız Bərdə şəhər bələdiyyəsinin büdcə xərcləri və xərclərin strukturu barədə məlumat tapmaq mümkün olmayıb.
Mingəçevir şəhər bələdiyyəsi öz rəsmi internet saytı vasitəsilə açıqlama verib. Təqdim olunan hesabata görə, 2018-ci il üzrə xərcləri 416.2 min manat olub. Həmin xərclərin 203.3 min manatı əmək haqqı və sosial sığorta ödənişlərinə, 33.8 min manatı abadlaşdırma tədbirlərinə, 56.9 min manatı isə sosial tədbirlərə xərclənib.
Xudat (Xaçmaz rayonu) şəhər bələdiyyəsinin büdcə xərcləri müxtəlif informasiya kanalları, o cümlədən müstqəqil saytlar vasitəsilə açıqlanır. Məsələn, bələdiyyə rəhbərliyinin yaydığı məqalədə qeyd edilir ki, 2018-ci ildə yerli büdcənin xərclər hissəsinin icrası 71.1 min manat təşkil etmişdir. Həmin məqalədə xərclərin strukturu və təyinatı detallı əks olunub.
Yevlax şəhər bələdiyyəsindən sorğu əsasında əldə edilən məlumata görə, 2018-ci il üzrə yerli büdcənin illik cəmi xərcləri 330 min manat olmuşdur ki, ondan 229,3 min manat yerli özünüidarəetmə orqanlarının saxlanmasına, 11,4 min manat yerli sosial müdafiə və sosial təminat xərclərinə, 66,6 min manat mənzil-kommunal təsərrüfat xərclərinə, 22,6 min manat abadlaşdırma, yaşıllaşdırma və ətraf mühitin mühafizəsi xərclərinə sərf edilmişdir.
Qiymətləndirmə göstərir ki, hətta şəhər bələdiyyələrinin müasir informasiya kanalları vasitəsilə öz büdcə hesabatlarını hər kəs üçün əlçatan etməsi ciddi problem olaraq qalır. Halbuki seçkili qurumlar kimi bələdiyyələr bu sahədə daha təşəbbüskar və açıq olmalıdırlar.
2.2.İctimai vəsaitlərin istifadəsi ilə bağlı informasiyaların açıqlığı sahəsində vəziyyət
Bu istiqamətə dövlət və bələdiyyə büdcələri vasitəsilə rayon və şəhərlərin ehtiyacları üçün bütün istiqamətlər üzrə xərcləmələr və onlaırn funksional strukturuna dair informasiya açıqlığını və müvafiq təşkilatların hesabatlılığını qiymətləndirmək üçün 2 indikatordan istifadə olunub. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.2.1.Rayon (şəhər) ərazisində toplanan vergilərin ümumi məbləği və tədiyyə növləri üzrə həcmi
Hər il üzrə Parlament tərəfindən təsdiqlənən dövlət büdcəsi haqqında qanunlarda hər bir rayon (şəhər) üzrə formalaşacaq büdcə gəlirlərinin ümumi məbləği barədə məlumat əldə etmək mümkündür. Məsələn, 2019-cu ilin dövlət büdcəsi haqda qanunda ötən il üzrə təsdqilənnmiş büdcə gəlirlərinin proqnoz göstəriciləri ilə bu linkdə məlumat almaq mümkündür. Bu mənbədən aydın olur ki, 2019-cu il üzrə büdcə gəlirləri Bərdə rayonu üzrə 12.956 mln. manat, Xaçmaz rayonu üzrə 22.512 mln. manat, Yevlax rayonu üzrə 14.997 mln. manat, Mingəçevir şəhəri üzrə 21.405 mln manat təsdiqlənib. Lakin göründüyü kimi, açıq mənbələrdə olan məlumatlar proqnoz göstəricilərdir və aydındır ki, faktiki icra göstəriciləri bundan xeyli fərqlənə bilir. Lakin büdcə icrasına dair hesabatda illik büdcə qanunda olduğu kimi rayon və şəhərlər üzrə büdcə gəlirlərinin faktiki icrası barədə məlumatlar açıqlanmır. Maliyyə Nazirliyi tərəfindən yayılan 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair hesabata baxdıqda bunu aydın görmək olur. Başqa vacib məqam budur ki, dövlət büdcəsi haqqında qanunda açıqlanan daxilolma həcmi təkcə vergilərdən deyil, həm də qeyri-vergi mənbələrindən də yığılan vəsaitləri əhatə edir. Deməli, rayonlar üzrə tədiyə növləri əsasında məlumatların açıqlanması çox vacibdir.
Rayon və şəhərlərdə dərc olunan rəsmi qəzetlərdə, eləcə də icra hakimiyyətlərinin saytlarında yerləşdirilən illik hesabatlarda da dövlət büdcəsinin yerli gəlir və xərcləri barədə məlumatlar açıqlanmır.
Monitorinq aparılan inzibati ərazilərdə bu məlumatların informaiya sorğuları əsasında əldə edilməsinin də mümkünlüyü araşdırılıb. Yevlax rayonu və Mingəçevir şəhəri üzrə bu informasiyanı əld etmək mümkün olmayıb. Bərdə rayonu üzrə göndərilən məktuba cavabda isə təqdim olunan məlumatlar konkret il üzrə deyil, 2018-2019-cu illər üzrə icmal formada təqdim edilib. Həmin məlumatda həm rayon ərazisində dövlət büdcəsi üçün toplanan vergilərin ümumu məbləğ ilə yanaşı tədiyə növləri üzrə daxiolmaların həcmi də qeyd edilib.
Xaçmaz rayonu üzrə dövlət büdcəsinə toplanan vergi və digər büdcə ödəmələri barədə rayon Statisitka Şöbəsinin illk buraxılışında məlumatlar var. Məsələn, 2018-ci ildə rayon üzrə təxminən 14.9 mln. manatlıq daxlolmanın 2.9 mln. manatının fiziki şəxslərin gəlir vergisindən, 5.5 mln. manatının ƏDV-dən, 1.5 mln. manatının mənfəət vergisindən formalaşdığı barədə məlumat yer alıb. Lakin bu buraxılış geniş ictimaiyyət üçün deyil, daha çox xidməti istifadə üçün nəzərdə tutulub və çox məhdud tirajla çap edilir.
2.2.2.Rayon (şəhər) bələdiyyəsinin illik gəlirlərinin strukturu
Bərdə şəhər bələdiyyəsinin büdcə xərcləri və xərclərin strukturu barədə məlumat tapmaq mümkün olmayıb.
Mingəçevir şəhər bələdiyyəsi öz rəsmi internet saytı vasitəsilə açıqlayır. Təqdim olunan hesabata görə, 2018-ci il üzrə gəlirləri 484.7 min manat olub. Həmin gəlirlərin 170 min manatı dövlət büdcəsindən maliyyə yardımı, yerdə qalan 314.7 min manatı isə bələdiyyənin öz gəlir mənblərindən formalaşıb.
Xudat (Xaçmaz rayonu) şəhər bələdiyyəsinin büdcə gəlirləri 70.4 min manat olub. Ondan 3.150 min manatı dövlət büdcəsinin yardımı, 67.250 min manatı isə bələdiyyənin öz gəlir mənbələri hesaban formalaşıb. Bu məlumatları bələdiyyə sədri dövri mətbuata yazdığı məqalədə açıqlayıb..
Yevlax şəhər bələdiyyəsindən sorğu əsasında əldə edilən məlumata görə, 2018-ci il üzrə yerli büdcənin illik cəmi gəlirləri xərcləri 342.7 min manat olmuşdur ki, ondan 76 min manatı dövlət büdcəsinin maliyyə yardımı, yerdə qalan 266.7 min manatı isə bələdiyyənin öz gəlir mənbələri hesabına formalaşıb.
2.3.İctimai əmlakın istifadəsi ilə bağlı məlumatların açıqlıq səviyyəsi
Bu istiqamətdə dövlət və bələdiyyə mükiyyətində olan hər növ daşınar və daşınmaz əmlakın mövcudluğuna və istifadəsinə dair informasiya açıqlığını və müvafiq təşkilatların hesabatlılığını qiymətləndirmək üçün 3 indikatordan istifadə edilib. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.3.1.Rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamında olan yaşayış və qeyri-yaşayış tikililərinin siyahısı və sahəsi, torpaq fondunun həcmi və tərkibi barədə məlumatlar
Bərdə və Xaçmaz rayonları üzrə açıq mənbələrdə icra hakmiyyətlərinin mülkiyyətində olan ümumi torpaq fondunun həcmi, digər əmlak növləri və onların sahəsi barədə məlumat mövcud deyil, sorğu vasitəsilə də əldə etmək mümkün olmayıb.
Yevlax rayonu üzrə açıq mənbələrdə məlumat mövcud deyil. Sorğu vasitəsilə əldə edilən məlumata görə, dövlət mülkiyyətində 60450 torpaq sahəsi mövcuddur. Yaşayış və qeyri-yaşayış tikililərilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmayıb.
Mingəçevir şəhəri üzrə açıq mənbələrdə məlumat mövcud deyil. Şəhər İcra Hakimiyyətinə göndərilən sorğuya cavab olaraq bildirilib ki, onların sərəncamında olan yaşayış və qeyri-yaşayış sahələri, torpaq fondunun həcmi və tərkibi barədə məlumatları əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir ərazi şöbəsinə müraciət etmək lazımdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir ərazi şöbəsindən isə bilavasitə İqtisadiyyat Nazirliyinə müraciət etməyin vacib olduğu bildirilib.
2.3.2. Rayon (şəhər) bələdiyyəsi tərəfindən icarəyə verilən və özgəninkiləşdirilmiş torpaqların sahəsi, yaşayış və qeyri-yaşayış tikililərinin siyahısı və sahəsi
Bərdə və Xudat şəhər bələdiyyələrinin mülkiyyətində olan torpaq və tikililər barədə açıq mənbələrdə informasiya mövcud deyil, müxtəlif kanallarla bu məlumatları dəqiqləşdirmək mümkün olmayıb.
Yevlax şəhər bələdiyyəsi üzrə açıq mənbələrdə məlumat mövcud deyil. Sorğu vasitəsilə əldə olunan məlumata görə, bələdiyyə tərəfindən 98 qaraj ərazisinin və 3 avtomobil dayanacağının icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanıb. 2018-ci ildə 334,7 m2 torpaq sahəsi satılıb. Yevlax şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların və digər əmlakın tərkibi və ümumi həcmi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.
Mingəçevir şəhər bələdiyyəsinin elektron hesabatlarından müəyyən informasiyalar əldə etmək mümkündür. 2018-ci ildə bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti üçün 96,4 kv.m torpaq sahəsinin icarəyə, 2160 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi haqqında qərarlar qəbul edilib. Hesabat dövründə 165 kv.m (60 kv.m və 55 kv.m torpaq sahələri barədə 2017-ci ildə, 50 kv.m torpaq sahəsi barədə 2018-ci ildə müvafiq qərarlar qəbul edilib) torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı, 44,4 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən müsabiqə keçirilib. Fərdi mənzil tikintisi məqsədlə bələdiyyə tərəfindən il ərzində 13293 kv.metr torpaq sahəsi xüsusi mülkiyyətə verilib. Lakin açıq mənbələrdə şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların və digər əmlakın tərkibi və ümumi həcmi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.
2.3.3. Rayon (şəhər) ərzisində dövlət mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi, onların icarəyə verilmiş hissəsi və icarəçilərin sayı
Bərdə, Yevlax və Xaçmaz rayonları üzrə açıq mənbələrdə dövlət mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların həcminə, bu torpaqlar üzrə icarəçilərin sayına dair məlumat mövcud deyil, sorğu vasitəsilə də əldə etmək mümkün olmayıb. Hətta Yevlax İcra Hakimiyyətindən sorğuya cavab da verilib və bildirilib ki, kənd təsərrüfaıtna yararlı torpaqların ümumi sahəsi, onların icarəyə verilmiş hissəsi ictimaiyyətə açıqlanmır.
Şəhər yaşayış məntəqəsi olan Mingəçevirdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaqları mövcud deyil.
2.4. Sosial xidmətlərlə bağlı məlumatların açıqlığı sahəsində vəziyyət
Bu istiqamətə bölgələrdə yaşayan insanların aldığı müxtəlif sosial xidmətlərin (məs., əhalinin sağlamlığı, məktəbəqədər və orta təhsil, meliorasiya və kənd təsərrüfatı, sosial müdafiə sistemi) həcmi, çeşidi, xidmət alanların sayı ilə bağlı informasiya açıqlığını və müvafiq təşkilatların hesabatlılığını qiymətləndirmək üçün 2 indikatordan istifadə edilib. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.4.1. Rayon (şəhər) üzrə müalicəsi dövlət proqramlarında nəzərdə tutulan xəstəliklər üzrə xəstələrin, o cümlədən onlardan müalicəyə cəlb olunanların sayı haqqında məlumatların açıqlığı
Bərdə və Yevlax rayonları, Mingəçevir şəhəri üzrə bu məlumat açıq mənbələrdə yoxdur, sorğular vasitəsilə dəqiqləşdirmək mümkün olmayıb.
Xaçmaz rayonu üzrə açıq mənbələrdə informsaiya mövcud deyil. Lakin sorğu əsaslnda əldə edilən məlumata görə, rayon üzrə 2018-ci ildə 6998 nəfər müalicəsi dövlət proqramlarında nəzərdə tutulan sakinlər olub (o cümlədən, 4235 nəfər şəkərli diabet, 806 nəfər onkoloji xəstələr, 453 nəfər vərəmli xəstələr, 41 nəfər böyrək çatışmazlığı və s.). Öz növbəsində həmin şəxslərin 4640 nəfəri dərman və ya müvafiq zəruri aparatlar və cihazlarla təmin edilən xəstələr olub.
2.4.2. Rayon (şəhər) üzrə sosial müdafiə sistemi ilə əhatə olunan əhalinin sayı və tərkibi
Ölkədə bütün rayon və şəhərlər üzrə özünüməşğulluq proqramına cəlb olunanların sayı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı vasitəsilə məlumat əldə etmək mümkündür.. Rayon və şəhərlər üzrə pensiyaçıları sayı və orta aylıq pensiya məbləği, həmçinin ünvanlı sosial yardım alan aiələlərin və onların üzvlərinin sayı barədə Statistika Komitəsinin saytı vasitəsilə məlumat əlçatandır. Hər bir rayon və şəhər üzrə ünvanlı dövlət sosial yardım alan benefsiarların adlı siyahıları ilə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı vasitəsilə tanışlıq mümkündür .
2.5. İctimai informasiyaların cavablandırılma səviyyəsilə bağlı məlumatların açıqlıq səviyyəsi
İctimai informasiya əldə etmək hüququnun qanunvercilikdə təsbit edilməsi çox önəmlidir. Lakin ictimai sorğulara və vətəndaşların məlumat əldə etməklə bağlı qanunvericilikdə nəzərdə tutulan istənilən formada müraciətlərinə cavab verilməsi eyni dərəcədə mühümdür. Bu istiqamət üzrə indikatorlar ictimai informasiyaların cavablandırılması sahəsində informasiya sahiblərinin öz öhdəliklərini nə nə dərəcədə yerinə yetirdiyni qiymətləndirməklə bağlıdır. İnformasiya əldə etmək vətəndaş üçün hüquq, informasiya sahibi üçün öhdəlikdir. Bu istiqamət üzrə 4 indikatordan istifadə olunub. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.5.1. İdarəetmə orqanlarına və ictimai xidmət strukturlarına informasiya əldə etmək üçün edilən müraciətlərin sayı (aylıq, illik)
Bərdə rayonunda 10 dövlət strukturu (rayon İcra Hakimiyyəti, rayon mərkəzi xəstəxanası, təhsil şöbəsi, DAİM, maliyyə şöbəsi, Suvarma Sistemləri İdarəsi, şəhər bələdiyyəsi, DSMF-nin rayon şöbəsi, ərazi vergi idarəsi, statistika şöbəsi) üzrə bu göstərici üzrə araşdırma aparılıb.
Yalnız rayon İcra Hakimiyyətinin saytı vasitəsilə açıqlanan hesabatda müxtəlif məsələləri dəqiqləşdirmək və ya informasiya əldə etmək üçün müraciət edənlərin statistikasının aparıldığını görmək olur. Məsələn, bu statistikaya əsasən 2018-ci il ərzində 2458 nəfər işlə təmin olunmaq barədə müraciət etmişdir. Daxil olan müraciətlərin 1554-ü məktub, 117-si teleqram, 60-ı elektron məktub, 2-si faksla daxil olmuş, yerdə qalan müraciətlər isə şifahi müraciət əsasında olmuşdur.
Bərdə rayonunun da daxil olduğu 11 saylı Ərazi Vergi İdarəsindən bildirilub ki, il ərzində bütün region üzrə 13875 nəfər müraciət edib. Lakin sorğuya verilən cavabda onun hansı hissəsinun Bərdə rayonuna aid edildiyi ayrıca qeyd edilməmişdir.
Monitorinqə cəlb edilən digər 8 dövlət orqanı üzrə bu göstəricilərlə bağlı hər hansı informasiyanı dəqiqləşdirmək mümkün olmamışdır.
Mingəçevir şəhəri üzrə rəsmi hesabatlarda informasiya sorğuları və müraciətlərin statisitkası ilə bağlı məlumatlar tapılmasa da, yerli müstəqil qəzet və saytlarda müəyyən məlumatlar mövcuddur. Həmin mənbələrdən birində qeyd edilir ki, 2019-cu ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 46 rəsmi qəbulunda 886 şəhər sakinin müraciəti dinlənilmiş, müxtəlif yaşayış məhəllələrində keçirlmiş 50 səyyari görüşdə 674 müraciətin qeydiyyatı aparılmışdır.
İdarə və müəssisələrdən, vətəndaşlardan 1498 ərizə, müraciət və təklif daxil olmuşdur.
Mingəçevir şəhər bələdiyyəsindən bildirilib ki, 2018-ci ildə vətəndaşlardan 1001 ədəd ərizə və məktub daxil olub. Eyni zamanda, həmin dövrdə bələdiyyəyə rəsmi orqanlardan, müxtəlif idarə və təşkilatlardan 845 ədəd sənəd, məktub və müraciət daxil olub.
Yevlax rayonu üzrə yalnız rayon İcra Hakimiyyətindən və Tibbi Sığorta Agentliyinin ərazi bölməsindən informasiya əldə etmək üçün müraciət edənlərin sayına dair statistik hesabat hazırlandığı məlum olub. 2018-ci ildə Yevlax İcra Hakimiyyətinə 875 sorğu və müraciət daxil olub. Tibbi Sığorta Agentliyinə 2018-ci ildə 962 yazılı müraciət daxil olmuşdur. Müraciət etmək imkanlarının artırılması məqsədilə Agentliyin rəsmi internet saytında müraciətlərin elektron formada göndərilməsi üçün xüsusi “Elektron müraciət” bölməsi yaradılmışdır.
Xaçmaz rayonu üzrə anoloji statistika rayon İcra Hakimiyyətində aparılır. 2018-ci ildə səyyar görüşlər və İcra Hakimiyyətinin binasında təşkil olunan qəbullarda 1624 şifahi, 908 yazılı müraciət daxil olmuşdur. Digər dövlət qurumlarından bu məsələ ilə bağlı informasiyaları dəqiqləşdirmək mümkün olmayıb.
2.5.2. İnformasiya sorğularına əsasən müraciətlərin cavablandırılma səviyyəsi
Bərdə rayonu İcra Hakimiyyətinə 2018-ci ildə daxil olan müraciətlərin 85,6 faizinə bilavasitə rayon İcra Hakimiyyəti başçısı aparatında baxıldığı və cavablandırıldığı qeyd edilib.
Mingəçevir şəhər İH-nə istinadən müstəqil medianın yazdığına görə, səyyari görüşlərdə qəbul olunan 674 müraciətdən 310-u icra edilmiş, 364 müraciətlə bağlı müvafiq izahatlar verilmişdir. Mingəçevir bələdiyyəsindən bildilib ki, bütün müraciətlərə qanunvericliyin tələblərinə uyğun cavablar göndərilir.
Yevlax rayonu İcra Hakimiyyətindən bildirilib ki, daxil olan müraciətlərin 77%-i tam və ya qismən cavablandırılıb, yerdə qallan müraciətlər əsaslandırımış olmadığı üçün cavab verməkdən imtina edilib.
Xaçmaz rayonu İcra Hakimiyyətindən verilən cavaba görə, daxil olan bütün müraciətlərə cavablar göndərilir.
2.5.3. İctimai informasiyanı əldə etmək üçün müraciət olunacaq müvafiq strukturun (şöbə, idarə və s) mövcudluğu
Bərdə rayon İcra Hakimiyyətinin saytında İcra Hakimiyyəti aparatının “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsi”nin müdirinin bu sahəyə məsul olduğu qeyd edilir. Digər dövlət qurumlarında səlahiyyətli şəxslər müəyyən edilib.
Mingəçevir şəhər İcra Hakimiyyətində informasiya sorğularını cavablandıracaq ayrıca şöbə yoxdur, sorğunun mahiyyətinə uyğun olaraq cavablandırma aparatın “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsi” və digər şöbələri tərəfindən həyata keçirilir. Mingəçevir bələdiyyəsində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” yaradlıb, lakin təcrübədə bu səlahiyyəti bələdiyyə sədri və “Yerli Sosial Məsələlər Daimi Komissiyası” həyata keçirir. Mingəçevir Mərkəzi Xəstəxanasında informasiyaya məsul olan şəxs işə götürülüb. Mingəçevir şəhər təhsil şöbəsində, DSMF şəhər şöbəsində və digər dövlət qurumlarında informasiya verilməsinə cavabdeh həmin təşkilatların birinci şəxsləridir.
Xaçmazda informasiya üzrə RİH-də sənədlərlə və vətəndaşlarların müraciətləri ilə bağlı xüsusi şöbə fəaliyyət göstərir. Digər dövlət qurumlarında səlahiyyətli şəxslər müəyyən edilib.
Yevlaxda rayon İcra Hakimiyyətinin ictimai informasiyanı əldə etmək üçün müraciət olunacaq ayrıca şöbə mövcuddur. Digər dövlət qurumlarında səlahiyyətli şəxslər müəyyən edilib.
2.5.4. İctimai informasiyanı əldə etmək üçün müvafiq strukturla (şöbə, idarə və s) əlaqə saxlamaq imkanlarının mövcudluğu və informasiyanın əldə edilməsi kanallarının sayı (telefon, email, sayt üzərindən onlayn əlaqə, sosial şəbəkə və s.)
Bərdə rayonu üzrə İcra Hakimiyyətində ictimaiyyətin əlaqə saxlaması üçün həm telefon əlaqəsi, həm sayt üzərindən elektron müraciət (http://berde-ih.gov.az/feedback.html), həm da elektron poçt (mail@berde-ih.gov.az) imkanı mövcuddur. Bərdə Maliyyə İdarəsinin 2 (berde.maliyye@mail.ru və telefon vasitəsi), rayon statistika qurumunun 2 (barda@azstat.org, barda@stat.gov.az və və telefon vasitəsi), DSMF rayon şöbəsinin (barda_dsmf@mlspp.gov.az və telefon vasitəsi), Bərdə şəhər bələdiyyəsinin 1 (yalnız telefon), rayon Mərkəzi Xəstəxanasının (berde_rmx@sehiyye.az və telefon vasitəsi), rayon təhsil şöbəsinin 3 (email: barda@edu.gov.az, telefon və elektron müraciət: http://barda.edu.gov.az/az/contacts/appeal) əlaqə imkanları mövcuddur.
Mingəçevirdə şəhər İcra Hakimiyyətinin 3 (mail@mingechevir-ih.gov.az, telefon vasitəsi və saytın “Elektron müraciət” bölməsindən http://mingechevir-ih.gov.az/feedback.html onlayn) əlaqə vasitəsi barədə saytından məlumat var.
Mingəçevir Bələdiyyəsinin 3 (ming_balad@box.az, mingechevirbl@yahoo.com və telefon vasitəsi və “Bələdiyyəyə sözüm var” bölümü vasitəsilə sayt üzərindən elektron müraciət https://www.mingechevir-belediyye.az/) imkanı var.
Şəhər təhsil şöbəsinin 3 (mingachevir@edu.gov.az, telefon vasitəsi və “elektron müraciət” bölümü vasitəsilə saytı üzərindən http://mingachevir.edu.gov.az/az/contacts/appeal onlayn) əlaqə imkanı var.
Digər dövlət qurumlarının saytları olmadığından onlarla əlaqə imkanlarını yerləşdikləri ofislərdən əldə etmək mümkündür.
Yevlax İcra Hakimiyyətinin 3 (mail@yevlax-ih.gov.az, telefon vasitəsi və saytın “Elektron müraciət” bölməsindən http://yevlax-ih.gov.az/feedback.html onlayn) əlaqə vasitəsi barədə saytında məlumat var. Digər dövlət qurumlarının saytları olmadığından onlarla əlaqə imkanlarını yerləşdikləri ofislərdən əldə etmək mümkündür.
Xaçmaz İcra Hakimiyyətinin 3 (mail@xachmaz-ih.gov.az, telefon vasitəsi və saytın “Elektron müraciət” bölməsindən http://www.xachmaz-ih.gov.az/feedback.html onlayn) əlaqə vasitəsi barədə saytında məlumat var. Digər dövlət qurumlarının saytları olmadığından onlarla əlaqə imkanlarını yerləşdikləri ofislərdən əldə etmək mümkündür.
2.6. Yerli qurumların informasiya açıqlığını təmin edən imkanlar və hesabatlılığın vəziyyəti
Bu istiqamətə yerli idarəetmə və ictimai xidmət təşkilatlarının hesabatlılıq səviyyəsini, hesabatların açıqlanması üçün elektron və rəqmsal imkanlardan yararlanmaq imkanlarını qiymətləndirməklə bağlı indikatorlar daxildir. Bu istiqamət üzrə 5 indikatordan istifadə edilib. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.6.1. Qurumun ayrıca internet səhifəsinin mövcudluğu
Bərdə rayonunda yalnız 2 qurumun saytlı mövcuddur – İcra Hakimiyyətinin (http://berde-ih.gov.az/ ) və təhsil şöbəsinin (http://barda.edu.gov.az/).
Mingəçevirdə 3 qurumun- İcra Hakimiyyəti (http://mingechevir-ih.gov.az/index.html), bələdiyyə (https://www.mingechevir-belediyye.az/) və təhsil şöbəsinin http://mingachevir.edu.gov.az/) internet səhifəsi mövcuddur.
Yevlaxda yalnız 2 dövlət qurumunun internet saytı mövcuddur: rayon İcra Hakimiyyətinin (www.yevlax-ih.gov.az) və rayon Təhsil şöbəsinin (http://www.yevlakh.edu.gov.az/).
Xaçmazda 2 dövlət qurumun – İcra Hakimiyyətinin (http://www.xachmaz-ih.gov.az) və rayon təhsil şöbəsinin (http://www.khachmaz.edu.gov.az/) rəsmi saytı mövcuddur.
- 6.2. Rəsmi internet səhifəsində dövri (aylıq, rüblük, yarımillik, illik) hesabatların mövcudluğu
Monitorinq aparılan rayon və şəhərlər üzrə dövlət qurumlarının internet saytlaırnda ayırca olaraq hesabat bölmələri yoxdur. Lakin bəzi ərazilərdə icra başçısının hesabat yığıncaqlarında təqdim edilmiş çıxışların tam mətni, bəzi ərazilərdə isə qısa xülasəsi təqdim edilir. Məsələn, Bərdə Rayon İcra Hakimiyyətinin saytında son hesabat yığıncağında kifayət qədər geniş, Yevlax icra hakimiyyət başçısının hesabatından isə qısa xülasə, Xaçmaz rayon icra hakimiyyəti başçısının toplantısından qısa xəbər təqdim edilib. Mingəçevir İcra Hakimiyyətinin saytında da hesabat haqda qısa məlumat yayılsa da, İH-nin tıqdimatı əsasında hesabatın tam mətni müstəqil mediada yayılıb.
Bütün rayon və şəhərlər üzrə icra hakmiyyətlərinin hesabat yığıncaqlarının tam mətni icra hakmiyyətlərinin rəsmi qəzetlərində çap edilir.
- 6.3. Rəsmi internet səhifəsində axtarış sisteminin işlək vəziyyətdə olması
Monitorinq aparılan bütün rayonlarda yerli təhsil şöbələrinin internet səhifəsində axtarış sistemi mövcuddur. İcra hakmiyyətlərinin saytında, o cümlədən Mingəçevir şəhər Bələdiyyəsinin saytında bu funksiya işlək deyil.
2.6.4. Qurumun rəsmi çap və ya elektron mətbu məhsullarının mövcudluğu
Bərdə rayon İH-nin rəsmi nəşri “Bərdə” qəzetidir. Qəzetin elektron versiyası yoxdur, yalnız çap formatında yayılır, sosial şəbəkə profili mövcuddur (https://www.facebook.com/berdeqezeti).
Yevlax rayon İH-nin rəsmi nəşri “Kür” qəzetidir. Qəzetin elektron versiyası da fəaliyyət göstərir (http://www.kur-yevlax.com/). Qəzetin sosial şəbəkə profili də (https://www.facebook.com/kur.qezeti.7) mövcuddur.
Mingəçevir İcra hakimiyyətinin rəsmi çap məhsulu “Mingəçevir” qəzetidir, elektron versiyası yoxdur, amma sosial şəbəkə hesabı var (https://www.facebook.com/MubarizHesenov1984).
Xaçmaz İcra hakimiyyətinin rəsmi çap məhsulu “Xaçmaz” qəzetidir. Saytı yoxdur, sosial şəbəkı (https://www.facebook.com/pages/category/Community/Xacmaz-qazeti-217944084903599/) hesabı isə var.
2.6.5. Qurumun ictimai informasiyanın açıqlığının təmin edilməsi sahəsində tənzimləyici təlimatının mövcudluğu
Monitorinqə cəlb edilən rayonlar üzrə heç bir qurumun belə bir tənzimləyici təlimatının olması barədə məlumat əldə etmək mümkün olmayıb, açıq informsiya mənblərində belə sənədə rast gəlinməyib.
2.7. Bölgələrin iqtisadi imkanları ilə bağlı məlumatların açıqlıq səviyyəsi
Bu istiqamətə bölgələrin iqtisadi inkşişafını, iqtisadi proses və tədbirləri xarakterizə edən göstəricilərin açıqlığını və əlçatanlığını qiymətləndirməklə bağlı indikatorlar daxildir. Bu istiqamət üzrə 5 indikatordan istifadə olunub. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.7.1. Rayonun (şəhərin) inkişaf planlarının (strategiyaların), o cümlədən baş planların mövcudluğu və açıqlıq səviyyəsi
“Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə görə, bütün ərazilərin ümumi, baş və müfəssəl planları hazırlanmalıdır. Bu planlar içərisində ərazilərin sosial-iqitsadi potensialını nümayiş etdirmək baxımından baş planların xüsusi əhəmiyyəti var. Baş planlar gələcəyi planlanan mövcud sosial-iqtisadi imkanlara əsaslanır. Sənədin əsas bölmələrindən biri hazırkı vəziyyətin müfəssəl analizinə əsaslanır. Açıq informasiya mənbələrində Mingəçevir şəhərinin baş planı və Xaçmaz şəhərinin baş planı, Yevlax şəhəri üzrə baş planı sənədi mövcuddur. Lakin bu sənədlərin ictimaiyyət üçün açıq olan hissəsində yalnız xəritə cizgiləri təqdim edilir, sənədin sosial-iqtisadi analiz hissəsi qapalı saxlanır.
Yalnız Bərdə rayonun baş planının xəritə cizgisilə yanaşı sənədə əlavə olunan əsas sosial-iqtisadi problemlərin qısa xülasəsi açıqlanıb.
Eyni zamanda, bu planlar yalnız rayon mərkəzlərini və şəhərləri əhatə edir. Bütövlükdə monitorinqə cəlb edilən inzibati bölgələrin heç birində rayon ərazisinin sosial-iqtisadi problemlərinin diaqnostikasını aparan inkişaf planları və ya strategiya formatında hər hansı sənəd ictimaiyyət üçün açıq informasiya mənbələrində mövcud deyil.
2.7.2. Rayon (şəhər) üzrə sənaye məhsullarının istehsal strukturu
Dövlət statistika qurumunun saytında bütün rayon və şəhərlər üzrə sənaye məhsullarının həcmi və strukturu barədə məlumat əldə etmək mümkündür. DSK-nın saytında sənaye bölməsində “Regionların sənayesi” adli köməkçi bölməyə daxil olmaqla monitorinqə cəlb edilən 4 rayon və şəhər də daxil olmaqla bütün ərazilər üzrə il ərzində istehsal olunan sənaye məhsullarının çeşidi və onların natural həcmi barədə informasiyaları görmək mümkündür.
Lakin bu məlumatlar yerli dövlət qurumlarının ictimaiyyət üçün açıq yazılı hesabatlarında və internet resurslarında mövcud deyil.
2.7.3. Rayon (şəhər) üzrə yaranan əlavə dəyərin sahələr üzrə srtukturu
Rəsmi statistika ölkənin rayon və şəhərləri üzrə nə yaranan əlavə dəyərin ümumi həcmi, nə də sahələr üzrə strukturu barədə informasiyaları açıqlamır. Lakin bu göstəriciyə yaxın və ərazilərin həm iqtisadi potensialını, həm də iqtisadiyyatının strukturunu qiymətləndirmək baxımından başqa bir iqtisadi göstəricini – “məhsul buraxılışı” göstəricisini hesabatlarına daxil edir. DSK-nın saytında milli hesablar bölməsində “Regionların ümumi məhsul buraxılışı” adli köməkçi bölməyə daxil olmaqla monitorinqə cəlb edilən 4 rayon və şəhər də daxil olmaqla bütün ərazilər üzrə il ərzində istehsal olunan məhsulun dəyər ifadəsində ümumi həcmi, eləcə də iqtisadiyyatın 5 sahəsi (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət) üzrə məhsul buraxılışının həcmi ilə bağlı statistik göstəricilər əldə etmək, məhsulların çeşidi və onların natural həcmi barədə informasiyaları görmək mümkündür.
Lakin bu məlumatlar yerli dövlət qurumlarının ictimaiyyət üçün açıq yazılı hesabatlarında və internet resurslarında mövcud deyil.
2.7.4. Rayon (şəhər) üzrə kənd təsərrüfatı istehsalının növlər üzrə həcmi
Dövlət statistika qurumunun saytında bütün rayonlar üzrə kənd təsərrüfatının həm bitkiçilik, həm də heyvandarlıq seqmenti üzrə bütün məhsul növlərinin istehsal həcminə dair məlumatlar əldə etmək mümkündür. DSK-nın saytında “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” bölməsində “Rayonlar üzrə məlumatlar” köməkçi bölməyə daxil olmaqla monitorinqə cəlb edilən 4 rayon və şəhər də daxil olmaqla bütün ərazilər üzrə il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının çeşidi və onların natural həcmi barədə informasiyaları görmək mümkündür.
Lakin bu məlumatlar yerli dövlət qurumlarının ictimaiyyət üçün açıq yazılı hesabatlarında və internet resurslarında mövcud deyil.
2.7.5. Rayon üzrə yoxsulluğun səviyyəsi
Ölkə üzrə yoxsulluq səviyyəsi göstəricisi açılansa da, heç bir açıq informasiya mənbəyində konkret rayon və şəhərlər üzrə bu cür statistika mövcud deyil.
2.8. Yerli qurumların fəaliyyətinin inzibati təşkililə bağlı məlumatların açıqlıq səviyyəsi
Bu istiqamətə yerli idarəetmə qurumlarının və ictimai xidmət təşkilatlarının, onların vəzifəli şəxslərin fəaliyyətini təmin edən ən vacib reqlamentlərlə bağlı məlumatıarın açıqlıq səviyyəsini qiymətləndirən indikatorlar daxildir. Bu istiqamət üzrə 4 indikatordan istifadə edilib. Həmin istiqmətlər üzrə konkret göstəricilər üzrə qiymətləndirmənin pilot ərazilər üzrə nəticələri aşağıda təqdim edilir.
2.8.1.Rayon (şəhər) idarəetmə və ictimai xidmət strukturlarının vəzifəli şəxslərinin siyahısı və əlaqə məlumatlarının mövcudluğu
Bərdə rayonunda saytı olan 2 dövlət qurumunun vəzifəli şəxləri barədə bilavasitə internetdən məlumat götürmək mümkündür. Rayon İcra Hakimiyyətinin bütün məsul şəxslərinin siyahısı müvafiq linkdə yerləşdirilib (http://berde-ih.gov.az/page/21.html). Təhsil şöbəsinin rəhbər şəxsi barədə də şöbənin saytında yerləşdirilib (http://barda.edu.gov.az/az/page/2561). Şəhər bələdiyyəsinin saytı olmadığı üçün bu qurumun rəhbər şəxsi barədə İH-nin saytından (http://berde-ih.gov.az/page/23.html) məlumat əldə etmək olar.
Mingəçevir şəhər İH-nin vəzifəli şəxslər barədə məlumatlar müvafiq linkdə (http://mingechevir-ih.gov.az/page/21.html) yerləşdirilib. Şəhər təhsil şöbəsinin rəhbər heyətinin siyahısı (http://mingachevir.edu.gov.az/az/page/11489), şəhər bələdiyyəsinin vəzifəli şəxslərinin siyahısı
(https://www.mingechevir-belediyye.az/content.php?lang=az&page=16) da müvafiq qurumlaırn saytından əldə edilə bilər.
Yevlax İcra Hakimiyyətinin idarəetmə və ictimai xidmət strukturlarının vəzifəli şəxsləri barədə bu qurumun saytı (http://yevlax-ih.gov.az/page/19.html) və təhsil şöbəsinin məsul şəxsləri barədə həmin qurumun saytı (http://yevlakh.edu.gov.az/az/page/17069) vasitəsilə əldə edilə bilər.
Xaçmaz İcra Hakimiyyətinin idarəetmə və ictimai xidmət strukturlarının vəzifəli şəxsləri barədə bu qurumun saytı ((http://www.xachmaz-ih.gov.az/page/21.html) və təhsil şöbəsinin məsul şəxsləri barədə həmin qurumun saytı (http://khachmaz.edu.gov.az/az/page/8978) vasitəsilə əldə edilə bilər.
Saytları olmayan yerli dövlət qurumlarının məsul şəxsləri barədə məlumatları ya onların ofislərindən, ya da tabe olduqları mərkəzi hakimiyyət qurumlarının saytları vasitəsilə əldə etmək mümkündür. Məsələn, Bərdə rayon statistika qurumunun rəhbəri (https://www.stat.gov.az/menu/8/regions_addresses/), yerli vergi xidmətinin vəzifəli şəxsi (https://www.taxes.gov.az/az/page/11-sayli-erazi-vergiler-bas-idaresi) haqda məlumatı müvafiq qurumların saytındakı uyğun linklərdən əldə etmək mümkündür. Eyni qaydada bütün rayon və şəhərlərin anoloji orqanlarının rəhbər şəxsləri barədə oxşar üsulla məlumatlara çıxış mümkündür.
2.8.2. Bələdiyyə qurumu tərəfindən il ərzində keçirilən ictimai dinləmələrin sayı
Mingəçevir şəhər bələdiyyəsinin məlumatına görə, ötən il 2 dəfə ictimai dinləmə təşkil olunub. İlin əvvəlində yerli sosial problemlərin, ilin sonunda yerli büdcənin gəlir və xərclərinin proqnozu müzakirə edilib. Müzakirələrdə əsasən məhəllə komitələrinin üzvləri, QHT nümayəndələri iştirak ediblər.
Yevlax şəhər bələdiyyəsinin məlumatına görə 2018-ci il ərzində bələdiyyənin təşəbbüsü ilə 11 ictimai dinləmə keçirilmiş, həmin dinləmələrdə seçicilər tərəfindən qaldırılan məsələlərin həlli, bələdiyyə büdcəsinin gəlir və xərc imkanları müzakirəyə çıxarılmışdır.
Bərdə şəhər bələdiyyəsindən bu məsələ ilə bağlı cavab almaq mümkün olmayıb, açıq mənbələrdə isə həra hansı informasiya yoxdur.
Xudat şəhər bələdiyyəsinin məlumatına görə, 2019-cu ildə qurumun təşəbbüsü ilə 6 ictimai dinləmə keçirilmişdir.
2.8.3. Rayon (şəhər) bələdiyyəsi ərazisində bələdiyyə qurumu tərəfindən həyata keçirilən proqramların sayı
Mingəçevir şəhər bələdiyyəsinin məlumatına görə, 2018-ci ildə bələdiyyə “Abad məhəllə”, “Regionların inkişafına dəstək” “Energetika sahəsində islahatlara dəstək” proqramlarının həyata keçirilməsini dəstəkləmişdir.
Yevlax, Xudat və Bərdə şəhər bələdiyyələrinin həyata keçirdiyi konkret proqramlarla bağlı məlumat əldə etmək mümkün olmayıb.
2.8.4. Vətəndaş cəmiyyəti təmsilçilərinin qurumun iclaslarında iştirak səviyyəsi
Monitorinqə cəlb olunan pilot bələdiyyələrin hamısı (yalnız Bərdə şəhər bələdiyyəsi sorğunu cavablandırmayıb) qurumun iclaslarında vətəndaş cəçmiyyəti təmsilçilərinin iştirakına mane olmadığını, təcrübədə belə iştirakın baş verdiyini qeyd ediblər. Lakin rəsmi sənədlərdə (iclas protokollarında) belə iştirakın əks olunduğunu dəqiqləşdirmək mümüknü deyil, açıq hesabatlarda isə bu barədə məlumatlar yer almayıb.
Yerli dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığının qiymətləndirilməsinin əsas nəticələri
İctimai informasiyaların əlçatanlığı ilə bağlı ölkə qanunvericiliyinin təhlili göstərir ki, yerli dövlət qurumları dövlət sirri istisna olmaqla fəaliyyətləri ilə bağlı istənilən məlumatı vətəndaşlara təqdim etməyə, bu məlumatları mümkün olduğu qədər müasir rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək daha asan əldə edilə bilən etməyə məsuliyyət daşıyırlar. Lakin konkret və ölçülə bilən indikatorlar əsasında 4 pilot ərazinin timsalında aparılan qiymətləndirmə göstərib ki, rayon və şəhərlərdə informasiya açıqlığı sahəsində xeyli problemlər, maneələr mövcuddur.
Aparılan qiymətləndirmə yerli dövlət qurumlarının və bələdiyyələrin fəaliyyətində informasiya açıqlığı ilə bağlı aşağıdakı nəticələri ortaya çıxardı:
1) Yerli dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsi, eləcə də bu qurumların xəttilə ərazinin inkişafı üzrə xərcləmələr barədə məlumatlar qapalıdır. Hətta informasiya sorğuları vasitəsilə bu məlumatları əldə etmək mümkün deyil;
2) Yerli dövlət qurumlarının dövlət satınalmaları ilə bağlı xərcləmələrinə dair onların öz hesabatlarında və məlumat mənbələrində hər hansı informasiya almaq mümkün olmasa da, mərkəzi hökumərin elektron satınalma saytında həmin məlumatlara çıxış var. Lakin bu sahədə əsas problem odur ki, yerli dövlət təşkilatlarının hər biri üzrə mal, iş və xidmət alınması məqsədilə nə qədər büdcə vəsaitinin təsdiqləndiyi qapalı saxlandığı üçün elektron satınalma portalında olan müqavilə dəyərinin həmin büdcənin hansı hissəsinin təşkil etdiyini bilmək olmur. İctimai nəzarət üçün ən vacib olan göstərici budur ki, dövlət qurumlarının illik mal, xidmət və iş sifarişlərinin hansı hissəsi cəmiyyət üçün açıq olan satınalma üsulları vasitəsilə reallaşıdırılır.
3) Rayon və şəhərlər üzrə büdcə xərclərinin funksional strukturu (təhsil, səhiyyə, kənd təsərrüfatı və meliorasiya, sosial müdafiə və təminat), bu xərclərin həcmi və iqtisadi strukturu üzrə bölgüsü ictimaiyyət üçün əlçatan deyil. Son illərə qədər əlçatan olan bəzi informasiyalar (məsələn, subsidiya alanlaırn siyahısı) artıq elektron mənbələrdə mövcud deyil. Ən yaxşı halda bu məlumatları media və vətəndaş cəmiyyəti sorğular vasitəsilə əldə edə bilir;
4) Rayon (şəhər) ərazisində dövlət proqramları çərçivəsində ayrılan vəsaitlərin məbləği və xərclərin strukturu barədə məlumatlar qapalıdır. Hətta media və vətəndaş cəmiyyətinin sorğular vasitəsilə də bu məlumatlara çıxış mümkün deyil;
5) Dövlət hakimiyyət orqanlarından fərqli olaraq bələdiyyələrin xərclərinin həcmi və strukturu, gəlirləri barədə məlumatlar ictimaiyyət üçün daha əlçatandır. Saytı olan bələdiyyələr həmin məlumatları elektronlaşdırmaqla yayır, digər hallarda bu məlumatları media və vətəndaş cəmiyyəti sorğular vasitəsilə əldə edə bilir;
6) Dövlət büdcəsinə rayon və şəhərdən toplanan vergilərin ümumi məbləği və tədiyyə strukturu ilə bağlı məlumatlar ictimaiyyət üçün əlaçatan deyil. Hətta media və vətəndaş cəmiyyətinin sorğular vasitəsilə də bu məlumatlara çıxış mümkün deyil;
7) İstər bələdiyyələrin, istərsə də yerli icra hakmiyyətlərinin mülkiyyətində olan əmlakın strukturu və həcmi barədə məlumatlara ictimaiyyətin əlçatanalığı yetərli səviyyədə deyil. İcra hakimiyyətlərindən fərqli olaraq bələdiyyələrdən bu qəbuldən olan məlumatları media və vətəndaş cəmiyyəti sorğular vasitəsilə əldə etmək nisbətən asandır;
8) Yerli informasiya mənbələrində tapılmayan bir çox informasiyaları mərkəzi hakimiyyət strukturlarının internet resursları vasitəsilə əldə etmək daha asandır. Məsələn, rayonlar (şəhərlər) üzrə müalicəsi dövlət proqramlarında nəzərdə tutulan xəstəliklər üzrə xəstələrin sayı, pensiyaçılaırn, ünvanlı sosial yardım alanların, əlillərin sayı, pensiyaların və sosial yardımlaırn orta aylıq məbləği, özünüməşğulluq proqramlarına cəlb edilənlərin sayı, rayonların (şəhərlərin) iqtisadi potensialına (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və s. sahələrin miqyası), bir sıra yerli dövlət qurumlarının məsul şəxsləri barədə onlayn məlumatları mərkəzi hakimiyyət orqanlarının internet saytlarından əldə etmək mümkündür.
9) Yerli dövlət qurumlarında ictimai informasiya sorğularının qeydiyyatı, statistikası və hesabatlılığı ilə bağlı problemlər var. Peşəkar yanaşma bu olardı ki, bütün dövlət qurumlarına informasiya soğularının müraciət formaları (ənənəvi poçt, elektorn poçt, sayt üzərindən elektron müraciət, sosial şəbəkə hesabından məktub və s.) üzrə qeydiyyatının aparılması, müraciətlərin cavablandırma faizi və müraciətlərə baxılmasına dair hesabatın hazırlanması və ictimailəşdirilməsinə dair vahid qaydalar hazırlanaydı, bütün qurumlar eyni təlimatdan yararlanaraq bu məlumatları ictimailəşdirəydi. Monitorinq zamanı bəzi qurumlardan bu məlumatı sorğular əsasında almaq mümkün olsa da, bir çox orqanlardan əldə etmək mümkün olmadı. Yaxud bir sıra qurumlarda sorğuların cavablandırma səviyyəsi kifayət qədər yüksək (80-100% intervalında) olduğu bildirilsə də, məlumatın səhihliyini yoxlamaq üçün alternativ mənbələr (məsələn, elektron hesabatlar) yoxdur.
10) Yerli dövlət qurumlarında əsasən ictimai informasiyanı əldə etmək üçün müraciət olunacaq müvafiq strukturlar (şöbə, idarə və s), yaxud məsul şəxslər mövcuddur. Lakin bu qurumların fəaliyyətini tənzimləyən vahid təlimatın olmaması bu sahədə pərakəndəlik yaradır. Bəzi qurumlar informasiya sorğularına daha həssas, digərləri isə xeyli dərəcədə diqqətsiz yanaşır.
11) Yerli dövlət qurumları informasiyanı yaymaq və müraciətləri qəbul etmək üçün kanallarını yetərincə şaxələndirilməyib. Məsələn, çox az sayda qurumun (hər rayonda maksimum 2-3 dövlət qurumunun) internet saytı və sayt üzərindən onlayn müraciətlər qəbul etmək imkanı var. İstisnasız olaraq bütün İcra Hakmiyyətlərinin və təhsil şöbələrinin saytları var. Monitorinq aparılan 4 bələdiyyədən yalnız 1-nin internatı saytı işlək vəziyyətdədir.
Bütün qurumlar istisnasız olaraq telefon və elektron ünvan və ya ənənəvi poçt vasitəsilə vətəndaşları eşidə bilirlər. Saytları olmayan qurumların elektron ünvanlarını da əldə etmək xeyli probemlidir. Sosial şəbəkələrdən effektiv və geniş istifadə təcrübəsi çox zəifdir. İnternet kanallar vasitəsilə insanları maarifləndirmək təcrübəsi ümumiyyətlə yoxdur.
13) Yerli dövlət qurumlarının ya hesabatları ümumiyyətlə yoxdur, ya da ictimaiyyət üçün yetərincə əlçatan deyil. Ən yaxşı halda bəzi İH-ləri öz hesabat yığıncaqları barədə kiçik həcmli formatda informasiyanı saytlarında yayırlar. Rəsmi rayon qəzetlərində yayılan hesabatlarla tanışlıq isə heç də bütün rayon sakinləri üçün əlverişli deyil. Xüsusilə nəzərə almaq laızmdır ki, həmin qəzetlər çox məhdud tirajla çap edilir. Monitorinqə cəlb olunan 4 rayon və şəhərdən isə yalnız birinin (Yevlax) rəsmi qəzetinin elektron versiyası mövcuddur. Amma hətta bu qəzet də öz elektron resurslarında İH-nin hesabatlarının tam mətnini yaymır.
14) İH qurumlarının internet saytı olsa da, effetktiv informasiya yayan mənbə kimi istifadə edilmir. Problem təkcə zəruri informasiyaların saytda yerləşdirilməməsilə bağlı deyil. Həmçinin rəsmi internet səhifəsində axtarış sistemi işlək vəziyyətdə deyil. Bu isə insanların zəruru məlumatları zəruri vaxtda axtarıb tapmasını mümkünsüz edir.
15) Bələdiyyələrin fəaliyyətində ictimia iştirakçılıq səviyyəsi ilə bağlı məlumatlar çox məhduddur. Məsələn, keçirilən ictimai dinləmələr, iclaslarda vətəndaş cəmiyyətinin iştirakı barədə sorğulara müsbət cavab verilsə də, bu məlumatların səhihliyini təsdiqləyən rəsmi hesabatlar və protokollar açıq informasiya mənblərində mövcud deyil.
Şərhlər bağlıdır.