Yerli Qurumlar

Başçı yeni körpələri ziyarət etdi, uşaqların teatrdakı tamaşasına qatıldı

Mingəçevirdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin Mərkəzi Xəstəxanasında olub. Başçı yeni doğulmuş körpələrin analarına övladlarının doğum haqqında şəhadətnamələrini təqdim edib, . valideynlərə vətənə, torpağa layiqli,  gələcəyimizin fəxri olacaq övladlar yetişdirilməyi arzu edib. Başçı bildirib ki, uşaqları sevmək qorumaq hər kəsin borcudur: “Çünki uşaqlar bizim gələcəyimizdir”.

Şəhər Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova isə deyib ki, övladlarımız bizə tanrı tərəfindən verilən hədiyyədir: “Ömrümüzün bəzəyi olan körpə fidanlara aydın gələcək arzu edirəm”.

***

Bayram münasibəti ilə keçirilən təmtaraqlı tədbirlər Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Bu dəfə səhnə uşaqlara məxsus olub.Onlar doyunca çalıb, oynayıb, şeirlər söyləyərək, həm özümüzün, həm də başqa millətlərin rəqslərini nümayiş etdiriblər.Tədbirdə Mingəçevir şəhərində fəaliyyət göstərən bütün bağçalardan uşaqlar iştirak edib.

Şəhər icra Hakimiyətinin başçısı Niyazi Bayramov uşaqlara xoş arzularını çatdırıb: “Bu əlamətdar gün münasibəti ilə bütün uşaqları təbrik edirəm. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev daima uşaqları sevib, onlara diqqət və qayğını əsirgəməyib. Arzu edirəm ki, bu uşaqlar gələcəyimizin gözəl mütəxəsisləri, elm adamları kimi həyatda layiqli yerlərini tutsunlar”.

***

6  saylı uşaq bağçasında da  balacalar maraqlı rəqslər ifa edib, mahnı və şeirlər səsləndiriblər. Bağçanın müdiri Radə Orucova deyib ki, vətənimizin çiçəklənməsi, torpaqlarımızın bütövlüyü, haqq səsimizi dünyaya çatdırılması missiyası  gələcəkdə bu uşaqların üzərinə düşəcək.

Tərbiyəçilər Fərqiyyə Alxasova, Gülbahar Məmmədova, Nərgiz Mahmudova, Rəna Qurbanova, Lamiyyə Məmmədova, Çinarə Məddiyeva, Nailə Zakirova, musiqi rəhbəri Nuranə İsmayılova, şənliyin aparıcıları Ramidə Həsənova və  Könül Bayramova körpə fidanlara xoş arzularını çatdırıblar.

Daha çox

Oxşar yazılar

Close