Başçı bayram günü təmir-bərpa işləri başa çatdırılan parklara baş çəkdi
Noyabrın 11-də Mingəçevirə şəhər statusu verilməsinin 72 ili tamam olub. Bu münasibətlə şəhərin müxtəlif yerlərində bayram şənlikləri düzənlənib. Həmin gün şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təmir-bərpa işləri başa çatdırılan parklara baş çəkib, əhali ilə görüşüb, onlarla bayram sevincini bölüşüb. Başçı bildirib ki, 44 gün davam edən müharibədə Azərbaycanın Qələbə qazanması ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, minimum itki verməklə düşməni geri otuzurmağı bacaran Milli Ordumuzun şücaəti hesabına əldə edilib. İ.İsmayılov döyüşllərdə şəhid olanların ailələrinə başsağlığı verib, yaralıların tez sağalmasını arzulayıb. Suallara cavabında başçı bildirib ki, on illər boyu diqqətdən kənarda qalmış küçə və məhəllələrin də abadlaşdırılması onun qarşıya qoyduğu vəzifələrdəndir: “Biz bu il Tunel, Yaşar Muradov küçələrini də işıqlandırmağa və asfaltlamağa nail olduq. Həmin ərazilərdə yaşayan yaşlı insanlar deyirdilər ki, son 50-60 il ərzində qaranlıqda qalan bu küçələrdə yayda toz-torpaq, qışda palçıq əlindən yerimək çətin idi…Növbəti ildə də indiyə qədər gözdən uzaq qalmış yerləri abadlaşdırmağı planlaşdırmışıq. Məlumat üçün bildirim ki, Mingəçevir şəhərində 466 çoxmənzilli bina var. Bunların 60-da giriş qapıları qoyulub, dəhlizlərin şüşələnməsi başa çatdırılıb. Bu iş hissə-hissə digər binaları da əhatə edəcək. Yəni şəhərimizin bütün ərazisi gözəl və abad olacaq. Gələn il yeni iş yerlərinin açılması, şəhərin istilik sisteminin bərpası istiqamətində də yeniliklər gözlənilir”.
Şəhər Yaşıllaşdırma və Sanitra Təmizlik İdarəsinin rəisi Əli Ağamirov Heydər Əliyev və 20 yanvar küçələrinin kəsişməsində yerləşən Qurucular parkında ay yarım ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, əraziyə 2000 kv metrə qədər torpaq tökülüb və yayılıb, 500 kv.m sahəyə yaşıl çəmən otu, 250-yə qədər bəzək, minə qədər gül-çiçək kolu əkilib. 21 yeni oturacaq qoyulub: “3 yerdə ayrıca istirahət guşələri yaradılıb. Fəvvarə yenidən bərpa olunub. 1000 kv.metrə qədər döşəmə daşları da təzələnib. Eyni zamanda sağ sahil qəsəbəsində, Nizami və Dostluq parklarında da işlərimizi İcra Hakimiyyətinin planlaşdırmasına uyğun olaraq davam etdirmişik”.
Sağ sahildə də əhalinin istirahəti üçün nümunəvi şərait yaradıldığını deyən idarə rəisi parkın ərazisində yaşıllaşdırma işləri ilə bərabər yeni oturacaq və kölgəliklər, fəvvarə və uşaq attraksionlarının qoyulduğunu nəzərə çatdırıb. Ə.Ağamirov əlavə edib ki, Qurucular parkına 18 min, sağ sahildəki parka isə 26 min manat büdcə vəsaiti xərclənib.
Mingəçevir Bələdiyyəsinin vəsaiti ilə parkda görülən işlər barədə şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev, İncilli qəsəbəsinin yaxınlığında salınan kiçik istirahət guşəsi haqda isə Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru Vidadi Şərifov açıqlama verib. İcra başçısı əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb, eyni zamanda təkliflərini verib. Təqaüdçü Yunis Yolçuyev yaşayışçıların son uku ildə şəhərdə aparılan abadlıq tədbirlərinə görə razılıq etdiklərini bildirb.
Şərhlər bağlıdır.