Balıq sevdası ölümlə nəticələndi
10 iyun 2012-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində bədbəxt hadisə baş verib. Səhər saat 10 radələrində kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Rahib Behbud oğlu Şirvan su kanalına balıq tutmaq məqsədilə tor atarkən sürüşüb və suya düşərək boğulub. Mərhumun cəsədi bir saatdan sonra elə düşdüyü yerdən tapılaraq, çıxarılıb.
Süsən İbrahimova,
“Mingəçevir işıqları” qəzeti nəzdində Jurnalistika Məktəbinin dinləyicisi
Şərhlər bağlıdır.