Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Balacaların “Dəcəl keçi”si

Mərziyə Davudova adına  Mingəçevir Dovlət Dram  Teatrında böyüklərlə yanaşı vaxtaşırı uşaqlar üçün də tamaşalar hazırlanır. Teatrın bu təçəbbüsü təqdirəlayiqdir. Çünki teatra marağı uşaq yaşlarından formalaşdırmaq vacib məsələlərdəndir. Erkən yaşdan aşılanan hislər gələcəkdə onların kamil vətəndaş kimi yetişməsində təsirsiz ötüşmür.

Tətil günlərində, Novruz bayramı və Yeni il ərəfəsində isə azyaşlıları sevindirmək artıq ənənə halını alıb. Bu il də həmin ənənənyə sadiq qalan teatrın kollektivi bağça uşaqları və məktəblilər üçün  “Dəcəl keçi” adlı nağıl-tamaşanı oynayıblar.

Teatrın direktor müavini Vüsal Məmmədovun dediyinə görə, tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur: “Tamaşa dekabrın 18-dən 30-dək və yanvar ayının 2-3-də göstərildi. Hər gün 3-4 seans verdik. Ümumilikdə, bu günlərdə nümayiş olunan “Dəcəl keçi”yə  təxminən 4 mindən çox uşaqla birgə onların müəllimləri, valideynlər baxdılar”. Tamaşalar uşaqların maraq və sevincinə səbəb olub. Bunları görmək üçün biz də tamaşa zalına getdik. Körpə fidanlar səhnədə baş verən hadisələrə təsirsiz qalmər, keçinin suallarına yerlərindən cavab verir, gülür və hərdən də təəssirlənirdilər. Hətta çobanın keçiyə vurduğu çomağı ciddi qəbul edən körpələrdən biri dodaqlarını büzərək ağlamaq istəyirdi. Anası onu ovundurmağa çalışırdı. Kəmalə Həbibullayeva gördüklərinin övladına mənfi təsir etdiyini görüb, irad da söylədi: “Gərək rejissor bunu nəzərə alaydı. Nisbətən böyük uşaqlar isə çobanın bu hərəkətinə gülürlər. İnanmıram ki, çobanın bu hərəkəti onlarda heyvanlara məhəbbət yaratsın. Uşaqlar üçün səhnələşdirməyə əsər seçəndə diqqətli olmaq lazımdır. Onların psixologiyasını dərin bilən adamla məsləhətləşmək daha yaxşı olar. Çünki uşaqlar daha həssasdırlar. Gördükləri hər xırda detal uzun müddət yaddaşlarından silinmir”.

Şərhlər bağlıdır.