Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıdan bölgələrə uzanan turizm marşrutları

230

Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif  istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.  Kollecdə müntəzəm olaraq keçirilən elmi-nəzəri konfranslarda turizm sferasının ayrı-ayrı istiqamətləri üzrə maraqlı mövzular müzakirəyə çıxarılır. Bu səpkidə növbəti yığınacaq noyabr ayının 29-da baş tutub. Kollecdə “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov turizm fənn müəllimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirib,  turizmin ölkə iqtisadiyyatının perspektivli sahəsi olduğunu qeyd edib: “Bu sahədə araşdırılmalı çoxlu aktual mövzun var. Müəllimlərimizi bu maraqlı məsələlərə diqqət göstərməyə çağırəram”.

Konfransda müəllimlərdən Aynurə Abbasova,  Aydın Rəhimov,  Elşad Səmədov,  İqbal Xuduyev,  Bəhruz Kərimov və Vüqar Nağıyev Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən,  Bakı-Qazax, Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçıvan və Bakı-Şuşa turizm marşrutlarından bəhs edən maraqlı məruzələrlə çıxış ediblər.

Şərhlər bağlıdır.