Bakıdan bölgələrə uzanan turizm marşrutları
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər. Kollecdə müntəzəm olaraq keçirilən elmi-nəzəri konfranslarda turizm sferasının ayrı-ayrı istiqamətləri üzrə maraqlı mövzular müzakirəyə çıxarılır. Bu səpkidə növbəti yığınacaq noyabr ayının 29-da baş tutub. Kollecdə “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov turizm fənn müəllimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirib, turizmin ölkə iqtisadiyyatının perspektivli sahəsi olduğunu qeyd edib: “Bu sahədə araşdırılmalı çoxlu aktual mövzun var. Müəllimlərimizi bu maraqlı məsələlərə diqqət göstərməyə çağırəram”.
Konfransda müəllimlərdən Aynurə Abbasova, Aydın Rəhimov, Elşad Səmədov, İqbal Xuduyev, Bəhruz Kərimov və Vüqar Nağıyev Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçıvan və Bakı-Şuşa turizm marşrutlarından bəhs edən maraqlı məruzələrlə çıxış ediblər.
Şərhlər bağlıdır.