Gələn il Bakıda keçiriləcək karate üzrə Avropa çempionatının günü artırılıb.
Oxu.Az xəbər verir ki, Avropa Karate Federasiyası gələn ildən etibarən qitə çempionatlarında mübarizə günlərinin sayında dəyişiklik edib.
Belə ki, bundan sonra qitə çempionatının günü dörd gündən beşə artırılıb. Əvvəl Bakıdakı Avropa çempionatının 2020-ci ilin martın 26-dan 29-dək keçirilməsi nəzərdə tutulmuşdu.
Bundan başqa, İsveçin 2021, Türkiyənin 2022, Rusiyanın 2023-cü ildə Avropa çempionatını keçirmək hüququ təsdiqlənib. Yeniyetmələr, gənclər və U-21-lərin Avropa çempionatı isə Finlandiya (2021), Çexiya (2022), Kipr (2023) və Gürcüstanda (2024) keçirilməsi qərara alınıb.
Qeyd edək ki, karate ilk dəfə Yaponiyanın paytaxtı Tokioda gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına daxil edilib. Lakin breykdans idman növünün 2024-cü ildə Fransanın paytaxtı Parisdəki Olimpiadaya salınması ilə karate proqramdan çıxarılıb.
Səbuhi MUSAYEV
Источник: oxu.az
Şərhlər bağlıdır.