Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda baş verən dəhşətli yanğından 25 nəfər təxliyə edilib

Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib.  Üçmərtəbəli yataqxana binasında çıxan yanğından, 25 nəfər təxliyə edilib.

Bu barədə Fövqaladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlama verib.

Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülən yanğında əhalinin təhlükəsizliyi təmin edilib.

Şərhlər bağlıdır.