Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əlikram Bayramova vəzifə verildi

158

Azərbaycanın sevilən müğənnisi Əlikram Bayramov Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub.

Cavan yaşlarından musiqi fəaliyyətinə başlayan müğənni, musiqi qrupu yaradıb və uzun illər Biləsuvar rayon Mədəniyyət Klubunun müdiri vəzifəsində çalışıb. 1989-cu ildən toy-şadlıq məclislərinə dəvətləri almağa başlayıb.

1997 ci ildə Biləsuvar rayonunda Cəbrayıl Qaçqın şəhərciyində konsert zamanı Ümummilli lider Heydər Əliyevin nəzərindən qaçmayan Əlikram Bayramov, sonradan paytaxta yollanılır və bir çox bəstəkar və şairlərlə birgə iş birliyinə başlayıb.

El şənliklərində yetəri qədər məhşurlaşan müğənni, professional səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edib.

Əlikram Bayramov sevilən bəstəkarların yazdığı əsərləri ifa edərək, xalqın milli dəyərinə uyğun sevimli mahnılarına çevirilən bir çox mahnıları yazır və bəstələyib.

Hazırda Biləsuvar rayonunda yaşayan müğənni Mədəniyyət Mərkəzində fəaliyyətinə başladığını bildirib.

 

Şərhlər bağlıdır.