Bəlkə söhbət edək?
Adi vaxtda, hansısa sosial problemlə qarşılaşsaq, onu həll etmək üçün bu işə məsuliyyət daşıyan vəzifə sahiblərinin yanına gedirik, ona müraciət edirik. Bəzən onların qəbuluna düşmək çətin olur, bəzən də onlarla razılığa gəlmək. Adətən, vəzifədə olanların çoxu, bu vəzifəyə təyin olunur, ya qohumluq, ya tanışlıq, ya da ki, digər vasitələrlə. Odur ki, onlar da vəzifəyə məsuliyyətlə yanaşmaq hissindən kənar olmağa çalışırlar, hətta vəzifəni satın aldıqları üçün onu öz mülkiyyəti və hakimiyyəti kimi qəbul edir və belə də təqdim edirlər. Bəzən bu özbaşınalıqlar illərlə davam edir. Vəzifə sahibləri insanlardan qaçırlar, onların probelmələrini nəinki həll etmək, heç dinləmək belə istəmirlər. Lakin elə bir gün gəlir ki, bu qeyri-normal, çıxılmaz görünən vəziyyəti düzəltmək üçün fürsət yaranır, bu fürsət SEÇKİDİR: bələdiyyə seçkisi, parlament seçkisi. Hər bir vətəndaşın öz həyatının, doğmalarının, yaxınlarının, qonşularının və ən vacibi, yaşadığı ölkənin problemlərinin həlli üçün bu fürsəti dəyərləndirməlidir. Əgər, bu gün üçün yetişdirdiyiniz, tərbiyə etdiyiniz, yaxşı təhsil alması üçün fədakarlıq etdiyiniz övladınız, ya da tanıdığınız varsa, onlar üçün bu fürsəti qiymətləndirin. Layiq olan insanları tanıyın, onlarla görüşlər təşkil edin, problemlərinizi müzakirə edin, həlli yollarını birlikdə araşdırın, çünki bu yolları birgə gedəcəkləri üçün seçən də, seçilən də bir-birini tanımalı, bir-birinə inanmalı və güvənməlidir. Problemlərimizin həlli, bir-birimizi tanımaqdan, bir-birimizə güvənməkdən, bir-birimizi dinləməkdən keçir. Seçkilər- layiqli insanların vəzifəyə gəlməsi üçün bir fürsətdir. Bələdiyyə seçkilərinə 15 gün qaldı.
Şərhlər bağlıdır.