Bələdiyyə və vergi nümayəndələri əməkdaşlıq edirlər
Seminar-məşğələdə Mingəçevir Bələdiyyəsinin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin müdiri Mehdixan Babayev bələdiyyənin fəaliyyəti, bələdiyyə büdcəsinin icrası üzrə görülmüş işlər və qarşılaşdıqları problemlər barədə məlumat verib. 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, 1-ci dərəcəli müfəttiş Samir Həsənov və Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri Elçin Paşayev yerli vergilər, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait, yerli vergi və ödənişlər haqqında Azərbaycan Respunlikasının qanunu və digər qanunvericilik aktları barədə danışıblar.
Sonda bələdiyyənin vergi müfəttişilərini maraqlandıran məsələlər barədə suallar verilib, problemlərin həlli ilə bağlı müzakirələr aparılıb. Bələdiyyə sədri Coşqun Abdullayev bələdiyyə vergilərinin ödənilməsinin yerli əhəmiyyətli məsələlərin həllində rolundan söhbət açıb və belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
Şərhlər bağlıdır.