Bərdə Mədəniyyət İdarəsi bölgə jurnalistlərini bir araya gətirdi
Hərbi jurnalist Şöhrət Eyvazoğlunun 44 günlük müharibədə düşməndən qənimət götürdüyü eksponatlar “Boş qalan papaqlar” adlı kolleksiyada nümayiş olunub
İyulun 22-də Bərdə Mədəniyyət İdarəsi Milli Mətbuat və Jurnalistika günü münasibətilə bölgədə çalışan jurnalistləri bir araya gətirib. Öncə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin xatirə guşəsi önünə gül dəstələri qoyub və eyni zamanda hərbi jurnalist Şöhrət Eyvazoğlunun 44 günlük müharibədə düşməndən qənimət olaraq götürdüyü eksponatlar əsasında hazırlanan “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış keçiriblər. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova milli mətbuat tariximizə qısa nəzər salıb, 2-ci Qarabağ müharibəsində qazanılan qələbədə medianın xüsusi rolu olduğunu vurğulayıb.B ir qrup mətbuat nümayəndəsi Bərdə Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub. Tədbir konsert proqramı ilə davam edib.
Şərhlər bağlıdır.