Bələdiyyə Xətai küçəsində park saldı
İyunun 14-də parkın açılış mərasimi keçirilib
Mingəçevir Bələdiyyəsinin maliyyə dəstəyi ilə şəhərin Ş.İ.Xətai küçəsində yeni istirahət məkanı salınıb. 1 hektara yaxın boş ərazidə quruculuq işlərinə 2023-cü ilin may ayının əvvəlindən başlanıb. Qısa müddətdə 9 oturacaq və 2 söhbətgah quraşdırılıb. 650 kvadratmetr sahəyə tamet plitə döşənib, bordürlər düzülüb. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi parka 150-yə yaxın ağac tingi və gül kolları, o cümlədən 8 dekorativ ağac əkib. Yerli İşıqlandırma İdarəsi isə istirahət məkəzinin işıqlanma sistemini qurub.
İyunun 14-də parkın açılış mərasimi keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, ərazidə yaşayan sakinlər və şəhər ictimaiyyətinin nümayəndələri mərasimə qatılıb. İH başçısı şəhərin ehtiyac duyulan digər ərazilərində də belə istirahət məkanları yaradılacağını bildirib.
Şərhlər bağlıdır.