Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanın ABŞ-dakı səfiri: Qarabağda müharibə başlaya bilər

Dağlıq Qarabağ münaqişəsi region üçün strateji təhlükəli problem olaraq qalmaqdadır.

Bu barədə “Fox News” telekanalına müsahibəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

Onun sözlərinə görə, status-kvo davamlı deyil. 

“Bizdə sülhməramlı qüvvələr yoxdur. Əsgərlər bir-biri ilə qarşı-qarşıya 100 fut məsafədə dayanırlar. Vəziyyətin nə vaxt gərginləşəcəyini proqnozlaşdıra bilməyəcəksiniz”, – deyə o bildirib.

Səfirin sözlərinə görə, vəziyyətin gərginləşməsi üçün həmişə potensial var.

“Hər iki tərəfin kifayət qədər silahı var, vəziyyət hər an gərginləşə bilər. Hər an müharibə başlaya bilər, vəziyyət nəzarətdən çıxa bilər. İnsanlar bu gün sülh istəyirlər”.

E.Süleymanov bildirib ki, hazırkı vəziyyətdə atəşkəsin hər gün pozulması adi hala çevrilib.

Источник: oxu.az

Şərhlər bağlıdır.