Yasamal Yaşayış Kompleksində 154 mənzil güzəştlə satışa çıxarılıb. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatına görə, bir otaqlı mənzillərin qiyməti – 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti – 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti – 65 min 626 manatdan başlayır. Bu qiymətə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
1 otaqlı, aylıq ödəniş |
2 otaqlı, aylıq ödəniş |
3 otaqlı, aylıq ödəniş |
4% |
3-30 il |
10% |
129-136 manat |
203-236 manat |
282-288 manat |
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək.
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portal üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Əlavə məlumat üçün keçid
Источник: oxu.az
Şərhlər bağlıdır.