AzərbaycanXəbərlər

Azərbaycanda enerjinin ixracı 2 dəfədən çox artıb

Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Bu barədə  “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat yayıb.

Onun verdiyi məlumata görə, ötən ay 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVts və ya 10,5 % çoxdur.

“Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.

“Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb. Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVts elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVts və ya 2 dəfədən çox artım deməkdir. Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVts elektrik enerjisinin 158,8 milyon kVts Gürçüstan Respublikasına ötürülüb”

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close