Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin və sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərərgah sentyabrın 28-də məlumat yayıb. Məlumatda o da bildirilir ki, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Şərhlər bağlıdır.