Azərbaycan idmançısı Valentin Demyanenko birinci Avropa Oyunlarının gümüş medalını qazanıb
Kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko da yarışların finalında mükafat uğrunda mübarizə aparıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə ikinci yeri tutub. V.Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa isə 40,188 saniyə nəticə ilə 3-cü olub.
Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.
Avarçəkmənin kayak yarışlarının finalında həm 500, həm də 200 metr məsafədə medallar uğrunda mübarizə aparan İnna Radomska-Osipenkonun cəhdləri də uğursuz olub. İdmançımız 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. O, həmin məsafəni 2.05,583 nəticə ilə başa vurub. Bu yarışda macarıstanlı Danuta Kozak qalib gəlib. İnna Radomska-Osipenko 200 metr məsafəni qətetmə uğrunda yarışın finalında da qüvvəsini sınayıb və 42,091 saniyə nəticə ilə yarışı 6-cı pillədə başa vurub.
Şərhlər bağlıdır.